adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2020 09:15
193530
MÜSAHİBƏ

Nuranə Nur:"Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub " - MÜSAHİBƏ

Bu rubrikada məqsədimizmüxtəlif sahələrdə fəaliyyət göstərən, yaradıcılıqla məşğul olan, həm evdə, həmişdə sözünü deyə bilən xanımların fəaliyyətindən bəhs etməkdir. Qonağımız şairə Nuranə Nurdur.

Efirə görünüşə görə çağırırlar

- Tələbəyə oxşayırsınız. Halbuki qızınız tələbədir.Bəlkə bu sirri deyəsinizdeyəsiniz, digər xanımlar da sizdən öyrənsin.

- Adətənbu tip suallarla tez- tez rastlaşıram. Amma düşünürəm ki, bizim müsahibəmizinilk sualı bu olmamalı idi. İstəmirəm ki,xarici görünüşüm istedadımın qarşısına keçib, onu kölgədə qoysun. Yadındadırsabir dəfə səninlə birlikdə bir televiziyaverilişində iştirak edirdik.Verilişdən sonra etiraf etmişdin ki, şeirlərinioxumurdum, Çünki elə bilirdim səniverilişlərə görünüşünə görə dəvət edirlər. Ümumiyyətlə, biz görünüşə çox diqqət edən cəmiyyətik. Bu üzdəndə ağrıyan yerinə görə həkimə getməyən adamlar görünüşə görə borc xərc edibplastik əməliyyata gedirlər. Mən Allahıma minnətdaram ki, bu hissləri yaşamağımənə qismət eləməyib. Lakin bir qadın olaraq heç bir qadını da qınamıram. Qadın güzgüyə baxandanarahat olursa, kompleksi aradan qaldırmaq qəbahət deyil. Amma mümkün qədər təbiiliyəxələl gəlməməsinə fikir verməkdə fayda var.Təbii ki, mənim də güzgüyə baxanda gördüyüm qüsurlar var. O qüsurlarıözünə məxsus və doğma qəbul edəndə o artıq sənə qüsur kimi görünmür. İndiyə kimi görünüşümə heç bir müdaxiləmolmayıb, Sadəcə baxımlı olmaq yetərlidir. Ən önəmlisi dərinin gigiyenasına daimdiqqət etmək və bol su qəbul etməkdir. Bu qaydalara əməl etmək hüceyrələriyeniləyir.

- AYB-də çalışırsınız...

- Bəli...artıq 10 ildir üzvü, 7 ildir əməkdaşıyam. Qürurla çalışdığım və bir qədər müəmmalıhisslərlə dolu ocaqdır. Orda qəribə bir mistik aura var. Binaya daxil olandaqapıçıdan öncə sarı sükutla salamlaşıram. Bütün səslər o sükutun içindən keçibçatır qulağıma. Pilləkənləri qalxanda düşünürəm görəsən kimin ayaq izlərinitapdalayıram? Nədənsə orda çəkilən bütün şəkillər bulanıq çıxır. Ən yaxşıfotoaparatla çəkilmiş fotolar belə...

- Həm də efirdə veriliş aparırsınız. Bütünbu işlər yormur?

- Yox, əksinə ... lazımi şərait olarsa bu sahədə daha çox iş görə biləcəyiməinanıram. Xüsusi olaraq aparıcılıq ixtisasına yiyələnməmişəm. Görünür şeiryazmaq kimi, bu da bir istedaddır. Televiziya sahəsində sözünü demiş adamlardanhəmişə bu barədə xoş sözlər eşitdiyim üçün özümü sınadım. Demirəm yaxşıaparıcıyam , amma bu mənim ən yaxşı bacardığım işdir. Özümü ən yaxşı hissetdiyim sahədir. Təəssüf ki, bu işimi məhdud şərtlərlə icra edirəm.Televiziyalarımızda ədəbiyyat verilişlərinə qapılar bağlıdır, çünki ədəbiyyatreytinq gətirmir. Nə televiziyanın, nə sponsorun, nə də tamaşaçının marağındadeyil.

- "Bu gün deyə bilməmişəm,

Adın islanıb dilimdə.”Adı hələ də dilinizdə islanır?

- " Adın islanıb dilimdə " misrası bir qadının həm həsrətinin,həm də cəsarətinin göstəricisidir. Dilimizdə çox adlar islanır, qəlbimizdə çoxarzulanır paslanır. Başqa bir şeirimdə deyirəm ki, " İlk cəsarətimixatırlayıram, yelləncəkdə əlimi ipdən buraxmışdım. Sonuncunu yox ...” Bəzəndüşünürəm ki, bizim cəsarətimiz elə bu qədərdir. Söhbət təkcə ilk mənadaanlaşılan kimi sevgidən getmir. Alt qatında həyatımız, məişətimiz də var.Poeziyanı məişətə endirmək yox, məişəti poeziyaya qədər qaldırmaq mümkünlüyü dəcəsarətdir. Təəssüf ki, bu qədərini bacara bilirəm.

- "Hər gün ürəyimdən keçən, bircə dəfə bilmədiki, hardan keçir”. Niyə keçdiyi yeri tanımır?

- Bu misralar "Nabələd " şeirimdəndir. 12 il əvvəl yazmışam bu şeiri. Məndən sonra bu misranıçox təhrif edib başqa şeirlər yazdılar. 12 il əvvəl yazılıb, 12 il keçib hələ tanımayıbsa,deməli 12 il sonra da tanıyan deyil. Həradam getdiyi yolu tanısaydı yol nişanları nəyə lazım idi? O zamandan ürəyimdəyol nişanlarının yerini tamam dəyişmişəm, indi heç tanımaz.

Ən yaxşı yazıçılarkişilər olub

- Qadınlarpoeziyada zəifdir? Bu barədə tez-tez eşidirik.

- Özünüz deyib, özünüz eşidirsiniz də. Özünüzüsübut etmək üçün qarşı tərəfin zərifliyindən istifadə edirsiz. Qadınlaryazmasaydı kimin üzərində özünüzü qalib biləcəkdiniz? Bizi yox sayın, özünüzləsavaşın, özünüzə qalib gəlin. Qadınlar yaradılışdan zərif və təbii ki, kişilərdənzəif yaradılıb. Bunu nə danmaq, nə də buna görə öyünmək lazım deyil. Bəli,dünyada ən yaxşı yazıçılar kişilər olub. Bu beyin, təfəkkür məsələsidir. Həyatınbütün qanunları kişilər üçün daha əlverişli, daha üstündür. Buna görə qadınıaşağı görmək isə cahillikdir. Təbiətin, yaradılışın, məruz qoyduğu çətinliklərdən savayı cəmiyyətdə həmişə qadına qarşı amansız olub. Bəlkə də, 124 min peyğəmbərin içindəqadınlar da olub, amma kişilər onların adını tarixə düşməyə qoymayıblar. Qadın həmişəikinci növ insan cinsi kimi dəyərləndirilib. Halbuki, yaradılışın davam etməsikimi müqəddəs bir amalın daşıyıcısı olan qadına olan bumünasibət kişilərin xudbinliyinin göstəricisidir. Onda qalmış ki, söhbətyaradıcı və ya yazıçı bir qadına olan münasibətdən getsin. Siz qadınların yerinə olsaydınız beyninizin yalnız 20 faizini güclə işlədərdiniz.Söhbət başqa sahədə işləyən və ya seriala baxan evdar qadından yox, yazıçıqadından gedir. Əgər o qadın həm həyat yoldaşı, həm anadırsa... Əgər o qadın Azərbaycanqadınıdırsa... daha bu söhbəti uzatmağa dəyməz.Yazıçı Anar bir dəfə tədbirdə çıxışında dedi ki, " Mənim və atamınyazdıqları anamın yazmadıqlarıdır”.

-Xanım yazarların bir üstünlüyü də ondadırki, kişilərdən fərqli olaraq onlar 18plyus nəsə yazsa daha böyük səs-küy gətirər,məşhur ola bilər. Kişilərə nisbətən qadınlar bu yöndə daha çox "tutuzdura” bilərlər.Amma sizdə bu yöndə nəsə görməmişik...

- Siz bu populyarlığa normal münasibət bəsləyirsinizsə,daha mənim deyiləcək sözüm yoxdu. Qadınlarda kişilərə nisbətənmüsbət cəhətin bu olduğunu düşünürsünüzsə, sizi təbrik edirəm. Səs – küysalmaqla yadda qalmaq özünə hörmət etməyən adamlara məxsusdur. Sözümü kim necəqəbul edir etsin, birmənalı olaraq belə düşünürəm. Bəzən " azad düşüncə " hesabetdiyimiz , "hərənin öz işidir " deyib keçdiyimiz hadisələr başqa və daha faciəviformada qarşımıza çıxır. Sonra deyirik cəmiyyət niyə deqredasiyaya uğradı, niyədəyərlərimiz məhv oldu? Sözüm inkişafa yol açan fərqli , azad düşüncəyə qarşıkimi anlaşılmasın. Hay həşir, qara güruhçuluq , yalançı demokratiya oyunlarıtoplumun başını qatmaq üçündür. Bu tip populyarlığı qazanan insanlar yalançı qramafoniyadan əziyyət çəkirlər. Buözünü inkişafın ən böyük düşmənidir.

Övladım mənə vətəndən də əzizdir

-Oğlunuz hərbi xidmətdə idi. Səhv etmirsəmyeni gəlib. Şairə kimisə daha çox milli münasibət sərgiləyirsiniz. Oğlunuz hərbixidmətdə olarkən müharibə olsaydı yanaşmanız necə olardı?

- Bəli , oğlum hərbi xidməti evindən çoxuzaqda, ucqar bir dağ rayonunda, cəbhəyə yaxın bölgədə yerinə yetirdi. Heç birtapşırıqsız, tanışlıqsız. Bunları göstərişli şəkildə, qürurla deməyi olduqca lazımsız söhbət hesab etsəm də,sualı belə vermisən deyə qeyd edirəm. Bəli...mən anayam. Övlad ana üçün dünyadahər şeydən əzizdir. Hətta lap səmimi desək Vətəndən də, torpaqdan da. Amma bu səmimiyyətiçətin gündə sərgiləmək olmaz. Heç bir ana müharibə istəmir. Hamı öz balasınıdüşünür. Amma elə çətin məqamlar var ki, bütün balaları öz balan kimi düşünürsən.Oğluməsgər olanda müharibə olsaydı deyirsən...bunu o əsgərlikdə olub olmamağındanasılı olmayaraq çox böyük həyəcanla qarşılayardım. Oğlum əsgərlikdən gəlib,artıq yanımızdadır. Amma mən hələ də yolda əsgər görəndə həyəcanlanıram, onunanasını düşünürəm. Təəssüf ki, "məndənötdü qardaşıma dəydi”prinsip ilə yaşayanlar daha çoxdur. Bu cəmiyyətimizinirinli, qara yarasıdır.

- Niyə dünyanı xilas etmirsiniz?

- Bayaqdan həyəcanla dünyanın ən böyük bəlasıolan müharibələrin dərdini çəkirəm, sən də deyirsən dünyanı niyə xilas etmirsən?Dünyanı xilas edəcək gözəlliyə sahib olsaydım keşkə... bunu bacarsaydım keşkə...ogözəllik qadın gözəlliyi deyil. Əksinə tarixin bəzi məqamlarında dünyanı qadın gözəlliyinin məhv etdiyinisübut edən müharibələr olub. Amma o müharibələrin yenə başqaqadınların sayəsində sona yetdiyini də deyirlər. Müharibə edən tərəflərdigər tərəfin qadınları ilə evlənib sülh yaradıblar. "Dünyanı gözəllik xilas edəcək” fikrindəkigözəllik mərhəmət, sevgi anlamındadı. Sevəndə sevdiyin hər şey sənə gözəlgörünür və sən onu itirməmək üçün dəyərləndirirsən. Bax, o gözəllik həmin dəyərdir.Dünyanı ancaq insana dəyər, təbiətə sevgi xilas edə bilər. Hər şey ana və övladsevgisindən başlayır. Dünya bu sevginin üzərində qurulub. Körpə yaşlarındanuşağa mərhəmət hisssini bitkilərə,heyvanlara sevgidən yaratmaq lazımdır. Bu sevgi getdikcə dərinləşibqayğıya , nəvazişə çevrilir. Təəssüf ki, insanlar bu hissin çoxluğundan narahatolub , zəiflik kimi qiymətləndirirlər. Bu "zəif”liyi isə qadınlara xas xüsusiyyətkimi arxa plana atıb, insan həyatını sərhədlərin genişləndirmək kimi vacib birmissiyaya qurban edirlər. Və beləcəinsanlıq insanlardan tez ölür.

- Həyat yoldaşınız heç sevgi şeirlərinizləbağlı sizdən nəsə soruşur? Yəni, hesabat kimi deyək.

- Yox, belə hal yoxdur. Çünki,bayaq dediyimkimi poeziyanı məişət səviyyəsindən yüksəyə qaldırdığıma nail olduğuma inanır.Hər halda o belə düşünür.

- Siz, qadınlar ümumiyyətlə nə istəyirsiniz?

Vallah mən soruşardımki, kişilər qadınlardan nə istəyir? Əsrlərdir bir sualın əlində əsir yesir olmusunuz.Qadınlar çox şey istəmir. Olsa-olsa öz haqqını istəyir, insan olmağın aliliyiniduymaq istəyir. Onun əvəzinə bütün qərarları verən kişidən ədalət istəyir. Çoxmu?Əvəzinə doğmalıq, qayğı, sevgi, ailə, övlad,rahatlıq verir.

- Yaxın planda nə kimiyaradıcılıq yeniliklərini sizdən gözləyək.

- Mənim bəlkə də ən böyük qüsurum plansız yaşamağımdır.Hər şeyi öz məqamında edirəm.O məqam öz vaxtındamı olur, gecikirmi bu ayrı söhbətdi.Günümün əsas hissəsini iş təşkil etsə də, böyük təəssüfləömrümü ev işləri çürüdürdeyə bilərəm. Və özümdən başqa heç kimingördüyü iş ürəyimə yatmır. İndi təsəvvür et ki,bir də yazmaq istəyirsən, kitab oxumaq , filmə baxmaq istəyirsən. Bir sözlə 24 saat çatmır. Amma gün 48 saat daolsa yenə eyni vəziyyətdə olacağımı düşünürəm. Buna görə də planlı həyat tərziçox yaxşıdır. Pəhriz saxlaya bilməyən adamlar kimi mən də bu rejimə düşə bilmirəmhələ ki...Elə danışdım ki, daha oxucular ümüdləriniməndən üzdülər. Ev işlərinəacıq edəndə yeni şeirləryazıraməlbəttə. Bu il yeni kitab çapı da düşünürəm.

Söhbətləşdi:Emin Piri