adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Dekabr 2019 08:00
29558
ŞOU-BİZNES

Nura Suri:”Mənə qarşı qıcıq, paxıllıq var...”

"Show News”a açıqlamasında müğənni Nura Suri eyhamlı sözlər deyib:”Kimin bədəniylə nə etməsi səni niyə narahat edir?Kim əməliyyat edir, səhv yoldadır yaxud düz yoldadır, özü üçün edir. Bu, səniniyə maraqlandırmalıdır?”.

Adalet.az xəbər verir ki, o, hətta söyləyib ki, haqqında gəzən xəbərlər onu maraqlandırmır:

"Hərdən haqqımda o qədər şey danışırlar, deyirəm ki, ayAllah, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Haqqımda gəzənşayiələr qulağıma çatanda özümü Hürrəm kimi hiss edirəm. Əvvəllər əsəbiləşirdim.Çünki anam məni narahat edirdi ki, sənin haqda filan şey yazıblar. Axırda başasaldım ki, onsuz da hamı üçün danışırlar. Biz dedi-qodunu xoşlayırık. İndihaqqımda danışırlarsa, bu da uğurumdur. Hansısa nəaliyyətim var ki, mənə qarşıqıcıq, paxıllıq var. İnsanı tanımırsan, amma sənə qıcığı var. Bu, normaldır”.

Qeyd edək ki, vaxtilə bir çox şou-biznesnümayəndələri Ruhi Əliyeva, Tünzalə Ağayeva, Rəşad İlyasov,rəqqasə Oksana, Roza Zərgərl və başqaları ilə qalmaqallar yaşayan Nura Surinin bu sözləri kiminünvanına söylədiyi məlum olmasa da, hər halda söz yiyəsi sözünü götürəcək.

Əntiqə Rəşid