adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Mart 2018 14:29
9304
MƏMLƏKƏT

NÜMUNƏVİ QADIN SÜRÜCÜLƏR MÜKAFATLANDIRILDI

Bakı Şəhər Baş Polisİdarəsinin Dövlət Yol Polisi İdarəsi 8 MartBeynəlxalq Qadınlar Günü münasibətilə şəhərin beş yerində – Bakı NəqliyyatAgentliyinin yanında, Dəniz limanında, Qoşa Qala qapısında, Beşmərtəbədə və «Azneft»meydanında nümunəvi qadın sürücüləri saxlayaraq onlara qiymətli hədiyyələr verib.Həmin hədiyyələri 21 özəl qurum təşkil edib. Onların arasında «At çiçəyim», «Güldünyası», «Azərsun Holdinq», «Behrut», «Şahdağ», «Bravo», «İdeal» və digər özəlqurumlar olublar. Bu hədiyyələrin arasında müxtəlif gül çələngləri, porfimeriyadankosmetik vasitələr, ödənişsiz şam yeməyi üçün kuponlar, icbari sığorta sənədləri,bonus kartı və digər hədiyyələr olub.

Tədbirdə Bakı ŞəhərBaş Polisi İdarəsnin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnikiVaqif Əsədov, bölmənin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdulayev,bölmənin inspektoru, polis leytenantı Vüsal Nağıyev iştirak ediblər. Polis polkovnikiVaqif Əsədov bildirib ki, bu tədbir çox möhtəşəm keçib. Çünki həmin tədbirdə200-dən çox nümunəvi qadın sürücüyə hədiyyələr bağışlanıb. Bununla yanaşı, QoşaQala qapısının yanında və «Azneft» meydanında ölkəmizə turist səfərinə gəlmiş xaricixanım qonaqlar da diqqətdən kənarda qalmayıb. Belə ki, yol polisi və eləcə də butədbirdə iştirak edən özəl qurumlar xarici qonaqlara hədiyyələr və gül dəstəsi veriblər.

Bir sözlə, 8 MartBeynəlxalq Qadınlar Günündə nümunəvi qadın sürücülərin heç biri yol polisinin diqqətindənkənarda qalmayıb. Hətta tədbir zamanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin birneçə xanım işçisi də yol polisi tərəfindən mükafatlandırılıb.