Novruz Məmmədov İranın PA rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, Baş nazir son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini söyləyib. Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur. Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir.
Baş nazir deyib ki, ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan "Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.
Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. "Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə bu, hər iki xalqın xeyrinədir.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47