adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2015 14:46
5993
İQTİSADİYYAT

Növbəti devalvasiya gözləntiləri fiaskoya uğrayır

Neftin qiymətinin 2009-cuildən bu yana ən aşağı səviyyəyə qədər enməsi ekspertləri ciddi düşündürməyəbaşlayıb. Beynəlxalq iqtisadi mərkəzlər hesab edir ki, dünya bazarında başverən durğunluq bir sıra ölkələrdə maliyyə sisteminin çökməsi ilənəticələnəcək. Azərbaycanla bağlı bədbin proqnoz verən ekspertlər hesab edirlər ki, bu gedişat ölkədə ikinci devalvasiyanı sürətləndirəcək. Ekspertlər həmçininonu da qeyd edirlər ki, ikinci devalvasiyanın 25-30 faiz arasında olacaq.  

Məsələnin mahiyyətinəvaranda aydın olur ki, devalvasiya ilə bağlı deyilənlər yaxın zaman üçün heç dəözünü doqrultmur. İlk olaraq başlayaq neftin qiymətindən: artıq dünəndənetibarən neftin qiymətində artım müşahidə olunmaqdadır. Görünən odur ki,neftin qiymətində baş verən artım bədbin proqnozların ayaq tutub yeriməsinəimkan verməyəcək. Belə ki, qarşıdan payız-qış mövsümü gəlir. Bu isə yanacağaolan tələbatın artması deməkdir. Yay fəslində bir çoxları yanacağa qənaət üçünvelosiped, digər vasitələrdən istifadə edirdilərsə (söhbət Avropa ölkələrindəngedir) payız-qış mövsümündə avtomobildən istifadə edəcəklər. Bu xırda birmisaldır. Əslində isə ABŞ-İran münasibətlərində olan yumşaqlıq neftin qiymətindəmüəyyən əks dönüş yaratsa da, İran neftinin dünya bazarına çıxması, Amerikanınİran neftindən yararlanması uzun zaman alacaq. Üstəlik, neftə olan tələbatınartmasına səbəb olan yeni müharibə ocaqlarının meydana gəlməsi faktorudur ki,Qərb bu kimi faktorları hər zaman gündəmdə saxlayır. Bu gün Suriyaməsələsi Türkiyədə baş verənlərdən geridə qalsa da yeni Suriya, Misirhadisələrinin törədilməyəcəyinə heç kim zəmanət vermir. Bütün bunların fonundaAzərbaycan iqtisadiyyatı üçün yaxın aylarda devalvasiya probleminin keçərliolmadığı görünür.  

Onu da qeyd etmək lazımdırki, Azərbaycan növbəti seçkiyə hazırlaşır. Noyabr ayında keçiriləcək parlamentseçkiləri öncəsi hakimiyyətin vətəndaşları devalvasiya kimi ciddi problemlə üz-üzəqoyacağı inandırıcı görünmür. Keçirilən sosioloji sorğular da onu deməyə əsasverir ki, vətəndaşların böyük əksəriyyəti hakimiyyətin yürütdüyü siyasətəsadiqlik nümayiş etdirir. Bu siyasəti bəyənir və dəstəkləyir. Təcrübə də onudeyir ki, hakimiyyət də öz növbəsində hər zaman vətəndaşların sosial-rifahhalını düşünür və atdığı hər addımda Azərbaycan vətəndaşlarının rahatlığı,rifah halında yaşamasını düşünür.


Ədil Ədilzadə