adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Noyabr 2017 14:59
30258
MƏMLƏKƏT

NORMADAN ARTIQ YÜK DAŞIYAN İYİRMİ «ŞADMAN» SÜRÜCÜSÜ CƏRİMƏLƏNDİ

Hamı yaxşı bilirki, son on ildə respublikamızın bütün avtomobil yolları dünya standartlarına uyğuninşa edilərək istifadəyə verilir. Yəni istər şimal, istər cənub, istər qərb və istərsədə şərq istiqamətlərində avtomobil yollarıbirmənalı olaraq çox rahatdır və sürücülərin, sərnişinlərin razılığına səbəbolur. Təbii ki, dünya standartlarına cavab verən avtomobil yollarını həm də mühafizəetmək və qorumaq tək dövlətin deyil, eyni zamanda hamının borcudur.

Respublikanın avtomobilyollarında həmin vəzifələrin yerinə yetirilməsində yol polisinin üzərinə də bu vəya digər dərəcədə məsuliyyət düşür. Yəni yol polisi normadan artıq yük daşıyan maşınları idarə edənsürücülərə qarşı mütəmadi olaraq mübarizə aparmalıdır. Əlbəttə, Azərbaycanın yolpolisi nəinki normadan artıq yük daşıyan maşınlara qarşı, ümumiyyətlə, kobud qaydapozuntularının qarşısının alınması üçün vaxtaşırı olaraq tədbirlər həyata keçirir.

Son vaxtlar isə BaşDövlət Yol Polisi İdarəsinin rəhbərliyi bütün tağmlar qarşısında yükdaşıma qaydalarının pozulmasının qarşısının alınması üçün ciddi vəzifələrqoyub. Məhz həmin vəzifələrin icra edilməsi məqsədilə demək olar ki, Yol PatrulXidməti Alayının bütün tağımlarında xeyli vaxtdır ki, reydlərə başlanılıb. Aydındırki, bu reydlər birmənalı olaraq bu cür qaydapozuntularının qarşısının tamamilə alınmasına yönəldilib. Çünki əgər belə tədbirlərvaxtaşırı olaraq həyata keçirilməsə, milyardalarla pul xərclənmiş respublikamızınavtomobil yolları bərbad günə düşə bilər.

Çox təəssüf ki, birçox səhlənkar şirkətlərin və yük daşıyan ağır tonnajlı maşınların sürücüləriningünahı üzündən artıq respublikanın avtomobil yollarının bir çox hissəsində yollarınsıradan çıxmasının, dağılmasının şahidi oluruq. Şahidi oluruq ki, istər şimal istiqamətində,istər qərb istiqamətində, istərsə də cənub istiqamətində bəzi yerlərdə ağır tonnajlı yük maşınlarının normadanartıq yük daşıması nəticəsində yollara ziyan dəyib.


Yol Patrul XidmətiAlayının 6-cı tağımının əməkdaşları da son vaxtlar yükdaşıma qaydalarının pozulmasınaqarşı mübarizəni daha da gücləndirib. Bu məqsədlə xeyli vaxtdır ki, həm adi günlərdə,həm də şənbə-bazar günlərində reydlər keçirilir. Reydlərdə «Ədalət» qəzetinin əməkdaşı olaraq bizdə yaxından iştirak edirik.

Son bir neçə günərzində keçirilmiş reyd zamanı nə az, nə çox 20 «Şadman» markalı yük maşınının sürücüsüsaxlanılaraq məsuliyyətə cəlb ediliblər. Məlum olub ki, həmin ağır tonnajlı maşınların sürücüsü normadan artıq yük daşıyıblar. Mövcudqanunla üç oxlu yük maşınları 30 ton, dörd oxlu yük maşınla 40 ton, beş oxlu yükmaşınları isə 45 ton yükdaşıma gücünə malikdir. Ancaq real vəziyyət isə tamamiləfərqlidir.


Məsələn, haqlarındainzibati protokol tərtib edilmiş və 600 manat civarında cərimə edilmiş «Şadman»markalı yük maşınları normadan nə az, nə çox düz 25-30 ton yük daşıyırmış. İndigəlin bir qədər kiçik bir hesablama aparaq. Əgər bu yük maşınları hər gün artıqyükü aparırsa və eyni zamanda bu cür maşınların sayı yüzlərlədirsə, onda görün respublikanınavtomobil yolları necə bərbad günə düşə bilər?Axı, bu yollar bayaq dedik ki, dövlətin ayırdığı milyardlarla vəsait hesabına başagəlib.

Reyd zamanı polisbaş serjantı Elmir Məmmədov «Şadman» markalıyük maşınını saxlatdırdı. Məlum oldu ki, həmin maşında da normadan 30 ton artıq yük daşınır. Polis baş serjantı Elmir Məmmədov qanunupozması ilə bağlı sürücünün nəzərinə bir daha həmin məsələni çatdırdı. Təbiiki, sürücü heç bir mübahisə eləmədi və yol polisinin iradı ilə razılaşdı. Amma bununlada sürücü canını qurtara bilmədi. Çünki onun barəsində inzibati protokol tərtibolundu və normadan artıq yük daşıdığı üçün 600 manat civarında cərimə edildi.

Polisbaş leytanantı İlyas Vəliyev digər bir yükmaşınını saxlatdırdı. Düzdür, həmin maşın yük daşımırdı. Amma buna baxmayaraq, polisbaş leytenantı sürücüyə öz məsləhətləriniverdi. İlyas Vəliyev sürücüyə bildirdi ki, kimliyindən asılı olmayaraq, normadanartıq yük daşıyırsa, o, məsuliyyətə cəlb ediləcək. Ona görə də bəribaşdan sizə xəbərdarlıqedərək bildiririk ki, maşina normadan artıq yük vurdurmayın.

Sürücüyol polisi əməkdaşının belə səmimi söhbətindən razı qaldı və dedi ki, rəis, arxayınolun, mən həmişə çalışmışam ki, qanuna əməl edim və normadan artıq maşına yük yığdırmayım.Üstəlik də, daşıdığım yükün üstünə örtük saldırmağı yaddan çıxarmayım. Çünki buörtük olanda qum, çınqıl yola səpələnmir və arxadan gələn nəqliyyat vasitələri üçünheç bir təhlükə törətmir.

Polsibaş serjantı Vaqif İsmayılov yükdaşıma qaydasını pozan sürücüyə «saxla!» işarəsiverdi. Maşını kənara çəkib saxladı. Aydındırki, sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılarkən, bəzi hallarda narazılıqeləyirlər. Amma bu dəfə əksinə oldu. «Kamaz»markalı maşınının sürücüsü çox sakit tərzdəmaşını saxladı və yol polisini dinlədi. Yol polisi əməkdaşı ona bildirdi ki, siz də digər sürücülər kimi,normadan artıq yük aparırsınız. Ona görə də barənizdə inzibati protokol tərtib ediləcək.Həmin sürücü də 600 manat məbləğində cəriməolundu.


Altıncıtağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, yükdaşıma qaydalarınınpozulmasına qarşı onlar həmişə mübarizə aparıblar. Son vaxtlar isə mübarizə dahada gücləndirilib. Çünki rəhbərlik bizə bu barədə tapşırıqlar verib. Həmin tapşırıqlar bundan ibarətdirki, biz kimliyindən asılı olmayaraq əgər normadan artıq yük aparırsa onun qarşısınıalaq. Daha doğrusu, «Şadman», «Kamaz», «Kraz» markalı yük maşınlarında normadanartıq yük daşıyanlar çoxdur. Elə biz də birmənalı olaraq bu cür sürücülərin qarşısını almaq istəyirik.Qısa zaman kəsiyində 20 «Şadman» sürücüsü normadan artıq yük daşıdığına görə,600 manat cərimə edilib. Şənbə-bazar günü biz əksər yük maşınlarının sürücüləriilə səmimi söhbətlər elədik və onları maarifləndirdik. Yəni hər iki tərəf bir-biriləanlaşa bildi. Bu cür maarifləndirmə ünsiyyət formasının yaradılması təbii ki, yükdaşımaqaydalarının pozulmasının qarşısının alınmasında önəmli rol oynayır.

Keçirilənreyd onu göstərdi ki, bu cür tədbirlərə çoxböyük ehtiyac var. Yəni ehtiyac var ki, yük maşınlarının sürücüləri maarifləndirilsin,onlara hər şey olduğu kimi çatdırılsın və sürücülər də təkrarən qanunu pozaraq normadan artıq yük daşımağa maraq göstərməsinlər.Biz onu da öyrəndik ki, yükdaşıma qaydalarının pozulmasına qarşı reydlər növbətihəftələrdə də davam etdiriləcəkdir.

Reyddəiştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri,polis mayoyoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı; ElçinORUCOV – 6-cı tağımın baş inspektoru, polis kapitanı, Qalib RZAYEV – 6-cı tağımınbaş inspektoru, polis kapitanı; Əhliman MƏMMƏDOV – 6-cı tağımın inspektoru, polisbaş serjantı; Elmir MƏMMƏDOV– 6-cı tağımın inspektoru, polis baş serjantı; FaiqQİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.