adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 May 2017 13:05
17729
ƏDƏBİYYAT

Nobel mükafatını rədd etmiş ilk dahi

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adambu nüfuzlu mükafatdan imtina edib.

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev NikolayeviçTolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutanTolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçünyox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyiningeri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bucür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan PolSartr, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeniyaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı),prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adiaddımından sonra isə xüsusi termin olan: "Nobel imtinaçısı” yarandı. Ondan bərikeçən 110 il ərzində belə "üsyankarların” sayı 10-u keçməyib.



Nobel mükafatından imtina etmiş ilk insan

Tolstoy yazıçı və tərcüməçi dostu Arvid Jarnefeltə yazıbondan kömək istəyirdi. O məktubunda"Hərb və Sülhün” müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün onayardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərəalanda ki, o dövr "Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, beləmükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Jarnefeltə yazdığı sonrakı məktublarında onu"böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığınıbildirirdi. Ümumiyyətlə, o zamanlar Lev Nikolayeviç ən yaşlı nobel mükafatçısıola bilərdi, axı mükafat veriləndə onun nə az, nə çox 78 yaşı vardı. AncaqTolstoy mükafatı almadığı üçün ən yaşlı nobelçi amerikalı iqtisadçı Leonid Hurviçz hesab olunur. O düz 90 yaşında nobel alıb.

Beləliklə 1906-cı ildə nobel mükafatını italyan şairiGiuseppe Carducci aldı. Tolstoy bundan həddsiz sevinmişdi, bununla belə dünyadaNobel mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.



Sartrın üsyanı

Tolstoyun imtinasından düz 58 il sonra, eyni hadisə yenidən təkrarlanıb.Bu dəfə "imtinaçı” fransız Jan-Poll Sartr idi. Ancaq Tolstoydan fərqli olaraq Sartr öz imtinasını səs-küysüzdeyil, böyük bir qalmaqal qopararaq gerçəkləşdirmişdi. O öz imtinasına iki səbəbgöstərmişdi. Birincisi, fransız yazar bununla öz müstəqilliyini dünyaya car çəkir,ikincisi bu yolla o haqsızlıqda günahlandırdığı Nobel komitəsinə etirazını bildirirdi. Sartrbu haqda yazırdı: "İndiki şəraitdə işinə görə mükafata laiyiq görülənlər Qərbinyazıçıları ya da Şərqin " üsyançıları " dır. Ancaq Cənubi Amerikanın ən böyük şairi Neruda mükafatalayiq görülməyib. Heç vaxt Araqonun namizədliyinə ciddi yanaşılmayıb. Həmçinin Nobel mükafatınınŞoloxova deyilPasternaka verilməsi, nobel alan yeganə sovet əsərinin isə xaricdə çap olunub,öz ölkəsində qadağa edilməsi özlüyündə üzücü faktdır ". Sartr Nobeli onun azadlığını əlindən almağı hədəflədiyinideyirdi...



Məlumdur ki, Pasternakın nobelə layiq görülməsi 1958-ci ildənəvvəl baş vermişdi. Doğurdan da yazar mükafatdan imtina etmişdi, ancaq öz istəyiilə deyil, "yuxarılarıntəzyiqi ilə. Kremlibuna məcbur edən səbəb hələ də məlum deyil. Ya səbəb "Doktor Jivaqo romanının özündə idi, ya da romanın xaricdəçap olunması Kremlin qısqanclığına gətirib çıxarmışdı. Ancaq necə oldusa nobelmükafatın Pasternaka düşməmişdi, mükafata layiq görüldükdən iki il sonra yazıçıxəstələnib dünyasını dəyişir, onun Nobel mükafatını isə 1989-cu ildə oğlu alabilir. Şoloxova gəldikdə isə o öz nobelini 1965-cu ildə ala bilir.


Sülh naminə

"Nobel İmtinaçılar” arasında yazıçı olmayanlar da var. Məsəlçünbir siyasətçini misal çəkək. Ən parlaq nümunə şimali Vyetnamdanolan siyasətçi Le Duc Thodur.

Onun bəxt ulduzu ABŞ dövlət katibi Henry Kissingerlə birgəparlamışdı, 1973-cü ildə hər iki siyasətçi "Vyetnam münaqişəsinin birlikdə həlliişinə” görə nobelə layiq görülürlər. Hər şey gözlənilən idi. Bir neçə il ağırdanışıqlar aparılmış və uğurla nəticələnmişdi, nəticədə Amerikalılarlavyetnamlılar Parisdə atəşkəs sazişi imzalamışdılar. Ancaq bütün bunlar sadəcəkağız üzərində qalırdı. Gerçəkdə müharibə hələ də davam edirdi. Buna görə dəŞimali Vyetnamlı siyasətçi mükafatdan imtina etmişdi. O sülhü tam bərpa edəbilmədiyi üçün özünü bu mükafata layiq görmürdü.

Son

Nobelə layiq görülüb ala bilməyənlər içində elm adamları davar, özü də onun nobel almasına mane olan siyasətçilər idi. Belə ki, 1939-cu ildə Nobelə namizəd görülmüşmikrobioloq Gerhard Domagk nobeldən imtina etməli olur. Onun bu addımın səbəbkarıisə Adlof Hitler idi.

Bu yolla Hitler Nobel komitəsindən bir növ intiqam alırdı.Belə ki, 1936-cı ildə sülpərvər və nasizmin düşməni Carl von Ossietzky-ninnobelə layiq görülməsi Hitleri bərk əsəbləşdirmişdi. Buna görə də 1937-ci ildəHitler almanların Nobel almasını qadağan edən fərman imzalamışdı.




Bir qəribə fakt da tez-tez qarşımıza çıxır. Sən demə Hitlerözü də 1939-cu ildə tam Nobel almaq şansına sahib imiş. Onun mükafata namizədliyiniİsveç Akademiyasının bəzi üzvləri "sülhə xidmətindən dolayı irəli sürmüşdülər.