Nizami Rayon Polis İdarəsində kadr dəyişikliyi
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunan Mirqafar Seyidovun rəhbərliyi ilə aparılan kadr dəyişkliyi davam edir.
Adalet.az xəbər verir ki, bu gün Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsini rəisi Səid Seyidov işdən azad edilib.
Qeyd edək ki, Seyidov Səid Adil oğlu əvvəllər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı baş idarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən "İgidliyə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, iki gün öncə BŞBPİ-nin 5-i rəis olmaqla 9 əməkdaşı işdən çıxarılıb.
Digər Xəbərlər
02 May 2024 17:40