adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Noyabr 2016 11:47
146483
RUBRİKA

"Nizami Gəncəvi məni qucaqlayıb, təbrik etdi" - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axınıbizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzdamövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının növbətiqonağı şair Qismət Rüstəmovdur. Adalet.az müsahibəni təqdim edir:


Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmışarzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizinfikriniz necədir?

"Yuxu fenomenisakral mətnlərdən tutmuş çağdaş psixologiyaya qədər müxtəlif cür izah olunur. Qədimmətnlərdə Yaqub peyğəmbərin məşhur yuxusu, sonra Yusif peyğəmbərinyuxuyozanlığı, yaxud Osmanlı imperiyasının qurucusu Osmanın gördüyü yuxu, FatehSultan Mehmedin İstanbulu fəth edəcəyini gördüyü röya, ya da Mendeleyevinelemetlərin dövrü cədvəlini yuxuda görməsi kimi əhvalatlar var. Nə qədər gerçəkdirlər, nə qədər əfsanə, dəqiqbilmirəm. Qaldı yuxunun freydist yozumuna, Freyd deyirdi ki, mən yuxunun özü iləyox, onun necə danışılması, necə ifadə edilməsi ilə maraqlanıram. Çünki yuxularözlüyündə əlçatmazdır. Murakaminin məşhur bir ifadəsi var, məncə, bu freydistmetodu yaxşı ifadə edir: "Yuxu gələcək haqqında yox, keçmiş haqqındadır.” Fürsətdüşmüşkən istəyirəm deyim ki, Freydin metodu ədəbi yozumlar üçün, improvizələrüçün geniş imkanlar yaradır. Amma gərək qarışdırmayaq, Freydi dünyanın heç biryerində elmi metod kimi qəbul etmirlər, heç bir ciddi psixologiya kitabındaonun adına rast gələ bilməzsiniz. XX əsrin ikinci yarısı Nabokovdan tutmuş VudiAllenə qədər freydizmi lağa qoymaqla keçib. Niyə Freyd elmi deyil? SəbəbiniKarl Popper yaxşı izah edib. Popper deyir ki, elmi informasiya ya təsdiq, yainkar oluna bilməlidir. Popper yazır, gəlin şərti olaraq düşünək ki,psixoanalist deyir: xəstəmiz gizli şəkildə Edip kompleksindən əziyyət çəkir, oşüuraltında atasına nifrət edir. Əgər o atasına qarşı aqressivdirsə, ondaterapistin ehtimalı doğru sayılacaq, əksinə atasına hörmət və sevgiyləyanaşırsa, onda terapist deyəcək ki, təhtəlşüurdakı hansısa qorxu xəstəninatasına qarşı aqressiyasını gizlədir. Deməli xəstə nə deyir-desin, həmişəterapist haqlı olacaq. Bu da elmi ola bilməz, çünki inkar oluna bilmir, həmişəbir variantdadır, təsdiqdədir. Bununla onu demək istəmirəm, onun dedikləribütünlüklə əhəmiyyətsizdir, demək istəyirəm ki, bu söhbətlər çoxdan aşılıb.Freyd mənim üçün alimdən çox, XX əsrin ən böyük esseistlərindən biridir. İndidünyada daha maraqlı tərcübələr aparılır, təxminən 2025-ci ilə gerçəkləşməsiehtimal edilən bu təcrübələrdən biri də yuxuların lent yazısının çıxarılması,sonradan proyektor vasitəsilə izlənməsi ilə bağlıdır. Mişö Kaku "Gələcəyinfizikası” kitabında yazır ki, yaxın on-on beş ildə yuxularımıza film kimi baxabiləcəyik."


Yuxularınız həyatınıza necə təsir göstərir, yənigördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

"Mən az-az yuxugörürəm. Deyilənə görə, insan hər gün yuxu görür, amma unudur. Onda deyə bilərikki, unutmaqda pis deyiləm.”

Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

"Borxes deyirdiki, ədəbiyyat idarə olunan yuxugörmədir. İşim ədəbiyyatdı deyə, avtomatik şəkildə, mənə təsir edən, düşündürən hər şey haqqındadüşünürəm, özümə görə yozumlar verirəm, amma mən gördüyüm yuxular gündüzyuxularıdır...”

Yuxularınmistik hadisə olduğuna inanırsınızmı?

"Dediyim kimi, az yuxu görürəm, başıma eləbir fövqəladə hadisə gəlməyib. Amma bir əhvalat danışa bilərəm. "Qismət” adınınmənə qoyulması ilə bağlı. Rəhmətlik nənəm danışırdı ki, sənin adını Ruslanqoyacaqdıq, hamı razı idi, bəyənirdi, şəhadətnamənə adının yazdırılmağınaiki-üç gün qalmış yatıb qəribə bir yuxu gördüm. Gördüm ki, sizin evinizin pilləkənləriilə liftə tərəf gedirəm, qabağımı balaca boy, ağ kostyum geyinmiş, qəribə gözləriolan bir adam kəsdi. Dedi ki, uşağın adını mütləq Qismət qoyun, əlimlə itələyibkeçmək istədim, bir də qabağıma keçib inadla dedi, sonra peşman olarsınız,uşağın adını Qismət qoyun... ”

Gördüyünüzyuxular çin olurmu, ya da əksinə?

"Fikir verməmişəm, fikir versəm, yəqin çin də çıxar.”


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

"Tələbəlik vaxtı bir yuxu görmüşdüm, az-maz oyadımda qalıb. Təxminən beləydi ki, hansısa futbol komandasının oyunçusuyam,son dəqiqədə qələbə qolunu vururam, soyunub-geyinmə otağına gedəndə görürəm ki,Nizami Gəncəvi də burdadır. Məni qucaqlayıb, təbrik edir.”

Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir.Ammaalimləronu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

"Mən az yuxu görsəm də, bütün yuxularım HDkeyfiyyətdə və rənglidir.”

Hansıdoğmanızı daha çox yuxuda görürsünüz?

"Daha çox itirdiyim doğmaları – nənələrimi,babalarımı, dostları...”

Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: " Oyanıq olaninsanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı biraləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

"Bu suala sevdiyim bir Çin pritçası ilə cavab verim. Pritçadadeyilir: o yuxuda kəpənək olduğunu gördü. Oyananda isədəqiqləşdirə bilmədi ki, yuxuda adam olduğunu görən kəpənəkdir, yoxsa kəpənəkolduğunu görən adam.”

Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

"Baxır "həqiqət” deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn,çılpaq qadın fotolarına baxıb yuxuya gedən yeniyetmənin "həqiqəti” ilə, yuxuyagetmək üçün sakitləşdirici həblər içən adamın "həqiqəti” eyni deyil.”