adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Dekabr 2019 08:30
36542
ŞOU-BİZNES

Niyamdan Mətanətə ismarıc: "Qız özünə reklam gəzir, efirdə qaraçı... ”

Şou-biznes aləmində yeni bir qalmağalın təməli qoyulub.

Adalet.az xəbər verir ki, "ATV maqazin onlarla” proqramındamüğənnilər Mətanət Əsədova və Niyam Salami arasında qalmaqal yaşanıb.

M.Əsədova :"Niyamla nə alış-verişim ola bilər ki, aram da dəysin?Elə bütün günü bir yerdə olmalı deyilik ki? Mahnıdır,oxumuşuq, vəssalam. Elə bil ki, stəkanı at yerə, sınsın. Onu yapışdırsa bilərsən?Qəlb də elədir. Onu necə bağışlayım? O kitab bağlandı. İstəyir ki, üzünə gülüm.Özünü aldadırsa, gəlsin gülüm. Düzgün insan deyilsən, problem səndədir, məndəproblem axtarma. Mən rola girə bilmirəm”.

N.Salami isə M.Əsədovanın gündəmə gəlmək üçün belə bir addımatdığını söyləyib:

"Düz söz danışırsa, üzə desin. Heç kimin üzünə deməmişəm ki,sən beləsən. Yəqin qalmaqal istəyir. Saxta şeylər arada olur. Deyir ki, onunlamünasibətim yoxdur. Buradan kiməsə ismarıc göndərdm ki, ay filankəs, mən səninləaram olmayıb. Bunlar düşük söhbətlərdir. Efirdə qaraçı kimi danışa bilmərəm.Duetə qədər yaxınlaşırsan, çay içirsən, müsahibə verəndə gülürsən. Tülkününqabağında saf ola bilmərsən, elə biləcək ki, sən ondan da tülküsən. Qız özünəreklam gəzir”.

Əntiqə Rəşid