adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2024 10:33
1602
ŞOU-BİZNES

Niyam Səlami: “Kasıblara kömək etmək əvəzinə özünə villa tikib”

Həmişə qalmaqalları ilə yadda qalan Niyam Səlami  bu dəfə də susmayıb.

Adalet.az bildirir ki, o, dindar insanların varlı olmağını normal hesab etməyib:

“Bilirsiniz, hamı niyə Hacı Şahinə rəhmət oxuyur? Çünki o, kasıbların, yoxsulların, xəstələrin yanında olub həmişə.  Bu yaxınlarda eşitdim ki, evi kirayə olub. Adam necə də sadə insan olun. Yoxsa bəziləri kimi var-dövlət yığmayıb. Novxanı tərəfdəyəm, burada bir məscid var, məscidin tam yanında axundun bir evi var ki, məsciddən qəşəngdir. Bu nə dərəcədə doğrudur? Kasıb və xəstə insanlara əl tutmaq əvəzinə özünə villa tikib. Daha sözüm yoxdur”.

 Əntiqə