09 Dekabr 2022 13:41
661
ŞOU-BİZNES

Niyam: "Dost bilmişəm, sonra dost yox, xain çıxıb"

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Deməsəm olmaz" proqramında danışıb. Sənətçi vatsap işlətmədiyini söyləyib. O bildirib ki, dostuna göndərdiyi səs başına bəla olub:

"Telefon, vatsap işlətmirəm. Ən köhnə telefonlardan varımdır. Zəng gəlsin, zəng getsin. Səsim niyə kimdə qalmalıdır ki, başıma oyun açsınlar. Səs atıram, ondan istifadə edirlər. Nə üçün? İki dəfə olub, dostumdur, səs atmışam. Dost bilmişəm, sonra dost yox, xain çıxıb".

 

Əniqə  Kərimzadə