Nigeriyada beş min nəfər girovluqdan azad edilib
Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib.
Adalet.az xəbər verir ki, bu barədə ordunun Twitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.
"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir.
Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır.
Digər Xəbərlər
05 May 2024 09:55
Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər
05 May 2024 09:15Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib
04 May 2024 21:30