adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Oktyabr 2019 10:22
15381
GÜNDƏM

Nicat Novruzoğlu: NİYƏ ERMƏNİSTANDA MİLLİ QƏHRƏMANLARIN SAYI AZDI?!

Baxıram, hərdən Milli Qəhrəmanlarımızınsayına ironiya edirlər. Yazırlar ki, 20 faiz torpağı işğal olunmuş Azərbaycanın 215 Milli Qəhrəmanı var, amma bu qədər ərazini işğal etmiş Ermənistanın 47.

Yəqin ki, bu ironiya edənlərin qanışəhid olanların qanından deyil, qarışıqdı.

İndi deyim onlarınMilli Qəhrəmanlarının sayı niyə azdı?

Əvvəla, o Milli Qəhrəman adı alanoğullarımız Ağdərəni işğaldan azadeləmişdilər, Tərtər- Kəlbəcər yolunu açmışdılar,döyüşə-döyüşə, sinələrini düşmən gülləsinəsipər edə-edə Xankəndinin 7 kilometrliyinə gedibçıxmışdılar, Kəlbəcərin Laçına Minkənddənkeçən yolunu təmizləmişdilər . Və MilliQəhrəmanların 90 faizi bu adı həmin zaman göstərdikləri igidliklərəgörə almışdılar.

İkincisi, 20 faiz torpağımızı ermənilər deyil, xaricdən gətirdikləri muzdlular və xüsusilə də rus əsgərləri işğal edib.Ermənistan öz vətəndaşı olmayan həmin adamlara necə MilliQəhrəman adı verə bilərdi?

Heç bunu fikirləşmisiniz?

İroniyanı saxlayın özünüzə. Onlar vuruşub şəhidolanda, ya qazi olanda sizlər hardasa qaçıb gizlənmişdiniz. Erməniyosunlular!