Nəzarətçi müəllimlər üçün treninqlər keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) cari ildə keçirəcəyi imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək müəllimlər üçün treninqləri davam edir.
Adalet.az-ın məlumatına görə, növbəti treninq Nəsimi rayon məktəblərindən, həmçinin Bakı şəhəri ərazisində müvəqqəti yerləşən Şuşa, Laçın və Zəngilan məktəblərindən təyin olunmuş zal nəzarətçiləri üçün keçirilib.
Təlim zamanı zal nəzarətçisinin hüquq və vəzifələri, davranış qaydaları, imtahan prosesi və digər zəruri məsələlər müəllimlərin diqqətinə çatdırılıb. Eyni zamanda, real imtahanda tətbiq edilən sənədlərdən istifadə olunub, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film göstərilib.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03