adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Iyun 2019 17:40
26633
ƏDƏBİYYAT

Nəyəsəklə Urğo Naçisin əhvalatı

(nağıl)

1.

Başında dəri papaq, əynində dəri palto, əliəlcəksiz, ayağı ayaqqabısız Nəyəsək at arabasından düşən kimi özünü verdi bazarıngur yerinə. Gəl ki, düşmənlənləri addım-addım izləyirdi onu. Pambıq ağlığında qar,bıçaq itiliyində Xəzri, qılınc kəsərində soyuq, canavar misalındaaclıq... BayaqXəzrisəmtinidəyişib, ka­bab­xana bacasından çıxan tüstünü Nəyəsəkə tərəf burdu. Nəyəsəkdikatıldı –burnunu göyə tutub, yağlı, bo­zumtulhava­nıciyərlərinə çəkdi:

–Oxxxayy... ləzzətini uddum, ətini də yeyəydim!–O dəqiqə də yumruğunu alnına çırpdı. – Aaaa... – Əlini ci­bi­nə sa­lıb, bir 50dollarlıq, bir də 50 manatlıq çıxarıb, tutdu göyə, sonra da gözlərinəyaxınlaşdırdı. Sanki saxta olub-olmadığını yoxlayırdı.Birdən qara üzünəal-qırmızıişıqçiləndi. – Bu boyda ömür yaşamışam, bir stəkan suyu da içməmişəmarvad-uşaqdan kənar. 15 manat özümə xərc eləsəm, boğazımda qalmaz, görəsən?!– Sözağzın­dan çıxar-çıxmaz başını çi­yin­lərinə çəkdi – gözləri dirəndi bir nöqtəyə.– Aaa... bəs ar­va­d?! – Çox da fikir­ləş­mədi. – Evə çatanda qaş-qabağımısallayıb, bir-iki ağız da ah çəkib, köks ötürərəm...

–Nə olub, ay kişicik?!

–Gənə də "kişicik”?!

–Nə qədər ki, ölməz çörəiyi verirsən bizə,kişi olmağa hünərin çatmaz!

–Hmmm...

–Burnun niyə yerlə gedir?!

–Soruşmasan yaxşıdır!

–Saçı uzun Saray xanımdan gizli işin dəvaar?! Vallah, gözünün ikisini bir deşikdən çıxararam.

–Cibimə giriblər...

–Nəəə?!... – Bir az özünü cırıb-töküb, ci-ci-ciyildəyəndənsonra inanacaq.

Aclıq Nəyəsəki necə gic eləmişdisə, beşaddımlıqdadayanıb, gözlərini onun pullarına zilləyən köhnə qon­şusu,cibgir UrğoNaçisi görməmişdi. Nəyəsəkin ona fikir vermədiyini bilən Naçisdalı-dalı çəkilib,özünü sox­du ka­bab­xanaya. Bir qədər pəncərədən çölə – qar altında dayanmış dostunabaxdı. Sonra başını eşiyə çıxartdı – əlini ağzına qoyub bağırdı:

–Nəyəsəəəəəək!

Nəyəsək dik atıldı – ayaqları havada titrəyib-əsibyerədəyən kimi o üz-bu üzünə baxdı:

–Bu kimdi, görəsən?!

–Adə, burnunu bəri tut– kababxanaya!

Səs gələn səmtə çevriləndə Nəyəsəkinsevincdən qulaqları dikdurdu:

–Urğooo! Xoş gördük! Xoş gördük! Neylirsənorda?!

–Nəyəsək, nə axmaq sual verirsən?!

–Dilçi alim kimi danışırsan, Urğo!Sualında axmağı olur?!

–Kababxanada neyləyərlər?!

–Deyirəm... yəni cibində pulun var?

–Pul?! Mənimkində yoxdu, səninkindəolsun!Qardaş deyilik?!

–Yox-yox! – Nəyəsək büzüşdü, – nədanışırsan, mənim cibimdə heç qarışqa da şıllaq atmır.

–Ay Nəyəsək, siçanların Allahı məni haçanpulsuz qoyub?! Bəri gəl, boğazımızı yaş­la­­yaq.

Nəyəsəkbayaq atılıb girdi kababaxanaya:

–Oxqay! Nə yaxşı istidi bura! – İki dostqucaqlaşdı.

–Bu nə ətirdi vurmusan, Nəyəsək?! – Urğoonun çiyinlərindən tutub, özündən bir qədər araladı, dik gözlə­ri­nin içinəbaxdı. – Tapdım. Tapdım. – Gözlərini qıyıb, pıçıldadı. – Ay qırışmaaaal... puliyi gəlir səndən!

–Yox-yox, pul nə gəzir məndə?! – Nəyəsəkonun sinəsindən itələdi. – Nə özüm işləyirəm, nə arvad. Bir yığın da havayı yeyən...

–Onlar kimdi?

–Uşaqları deyirəm.

–Qulağım dincdi.

–Evlənməməkdə kişi işi görmüsən!

–Nə yeyəcəyik, Nəyəsək?

–Mə-ən?! Mən heç nə!

–Bayaq axmaq sual vermişdin, indi dəaxmaq cavab verdin.

–Dilçi alim kimi danışırsan, Urğo. Bəlkəakademiyada-zadda işləyirsən?! Cavabın da axmağı olur?!

–Bəs kababxnaya oynamağa girmisən?

–Mani... mani... – Nəyəsək başbarmağıyla şəhadət barmağını cütləyib, bir-birinə sürtdü?!

–Nəyəsək, vallah,sən əvvəldən dəgözüaçıq idin, indi görürəm bir az da üstünə qoymusan.

–Nə mənada?

–İngiliscə qırıldadırsan?!

–Ziyalı gərək ingiliscə bilsin!

–Mənim başım belə şeyləri bişirməz. Birdə ki, səni bura mən çağırmışam, pul mənlikdi!

–Çox sağ ol, əziz dost! Səni həmişə mərdgörmüşəm!

Keçib stolundalında əyləşən kimi Nəyəsəkburnunu havaya tutub, iylədi və əlini əlinə sürtdü:

–Ləzzət!

–Adə! – Urğo xörəkpaylayanı çağırdı.Oğlançaparaqgəldi. –Nə verəcəksən bizə?

–Yaxşı atmilçəyi basdırması var, keçməlideyil.

–Elə bu?!

–Çəyirtkə kababı, tarakan xaşı, soxulcanborşu, qarışqa yumurtası da gəlib, istəsəniz, tut qu­ru­suyla qayğa­naq verərəmsizə. Barmağınızın beşini də yalayarsınız.

–Adə, bizim yumurta yeyən vaxtımızdı?!

–Bəy, borcumdu sizə xörəklərimizhaqqında məlumat verim!

Urğo Nəyəsəkə tərəf çevrildi:

–Əziz dost, ürəyin nə istəyir?

–Mənə iki şiş çəyirtkə kababı – antrikotolsun.

Xörəkpaylayan dəftərçəyə yazdı.

–İki şiş də mənə, yarım kasa da soxulcanborşu. Nəyəsək, duru yeməyəcəksən?

–Mənimki kababdı.

–Göy-göyərti, pendir, çörək də özqaydasıyla.

–Bəs içməyə?

–"İstisu”...

–Uğro, deyəsən, yuxu görürsən!

–Yuxu?! Yatmışam, bəyəm?!

–Adə, "İstisu” Kəlbəcərdədi, Kəlbəcər dəermənilərdə.

–"İstisu” olmasın, "Badamlı” olsun!

–İki şüşə bəsimizdi. Amma sərin.

–Yox, mənim badamcıqlarımotaq temperaturundankənar heç nəyə dözmür. ­– Nəyəsək əlini bo­ğa­zına sürtdü.

–"Badamlı”nın birini isit.

–Spirtli nə istəyirsiniz?

Urğo yenidən Nəyəsəkə baxdı:

– Əziz dost?

– İçki? Ruslar qədim Türk torpağı Krımı Ukraynanınəlindən alandan sonra, öz işğalçılığı şərəfinə araq bu­ra­xıb. Dayan-dayan,görüm, adını ya­dıma sala bilirəm?! –Nə­yə­sək xörəkpaylayanı köməyə çağırdı. –Bəlkə sən deyəsən?

–Nə?

–Krımı işğal eləyib öz torpaqlarınaqatmaq şərəfinə Ruslar araq buraxıb ey...

–"Dovşan sidiyi”ni deyirsən?

–Hə,hə!

–Bizdə çəkilən olmasın, ha! – Urğo xəbərdarlıqelədi.

–Birbaşa Moskvadan alırıq.

–Bacıoğlu, qəlyanaltını tez gətir. Acındanqarnımız adam kimi fit çalır. – Urğo xö­rək­pay­la­yana göstəriş ve­­rib, əliniqoy­du Nəyəsəkin çiy­ni­nə. – Maşallah, pis qalmamısan! Görünür, bəxtinə yaxşıarvad çıxıb.

–Arvadın yaxşısı olmaz!

–Bəs cavanlığının sirri nədi?

–Özümə baxıram.

–O da böyük şeydi! – Urğo Naçis ah çəkdi.– Amma mən yazığın nə baxanım var, nə də özüm-özümə ba­xa bilirəm!

Xörəkpaylayan cəld yaxınlaşıb, əlindəkiməcməyini ortalığa qoydu.

–Adə, bu nədi? – Urğohirsləndi. – Kərəyağı nəyimə lazımdı günün günorta çağı?! Hələ süz­mə də gə­tirib!

–Bəy, nə istəyirsiniz, götürün, qalanınıaparacam!

–Bir dənə kələm tutması, pendir, bir dəgöy-göyərti qalsın.

–İki diş də sarımsaq. – Nəyəsək dilləndi.

Xörəkpaylayan məcməyini götürdü:

– Nuş olsun!

Urğo əlini çörəyə uzatdı:

–Bismillah!

–Bismillah! – Nəyəsək də bir dilim götürüb,iyləyib, o üz-bu üzünə çevirdi. – Yaxşı bişiriblər.

–Buyurun, – xörəkpaylayan yenidənqayıdıb, ortalığa dovşanın dal ayaqları üstə dayanmış vəziyyətini əks

etdirən bir şüşə araq qoydu.

Urğo Naçis araq şüşəsini əlinə alıb,etiketini oxudu:

–Birinci dəfədi görürəm! –Sonra hərəyəyüz-yüz süz­­dü. – Götür, görək. – Nəyəsək ağzındakı tikəni tələsik udub, badəniqaldırdı. – Kimin sağlığına içək?

–Özümüzün desəm,bu, düzgün olmaz. – Nəyəsəkdilləndi. – Çünki hələnəfəsimiz gedib-gəlir, deməli sa­ğıq.

–Sənin sözündən belə çıxır ki, biz ölülərinsağlığına içməliyik?

–Səbrin olsun! – Nəyəsək başını sikələdi.– İçək acların sağlığına!

–Allaha and olsun, başın işləyir, Nəyəsək!– Urğo badəni boyu bərabəri qaldırdı.

Xörəkpaylayan kababları da gətirdi:

–Ayrı bir qulluq?

–Tez-tez gəlib, başımızın üstünü kəsdirmə,qoy yediyimiz canımıza çıxsın. – Urğoonu acıladı.

Nəyəsək bir qabırğa kababıgötürüb, əvvəlcəiylədi, sonra da dişinə çəkdi:

–Həm əti təzədi, həm də həl bişib.

–Bura "Qəbələ” restoranlarından sonrabirincidi.

Başladılar iştahla yeməyə.

–Nəyəsək.

–Can!

–Deyirəm, bu dünyada varlılardan yazığıyoxdu!

Nəyəsək əlindəki tikəni boşqaba qoyub,gözlərini zillədi Urğoya:

–Soruşmaq ayıb olmasın,bəs onda biz nəyik?!

–Biz varlılardan xoşbəxtik!

Nəyəsək lap çaşıb qaldı:

–Ac adamın özünə təsəlli verməsindən hünəriş tanımıram!

–Mən deyim, sən eşit.

–De.

Urğo əlindəki tikəni qoydu boşqaba:

– Götürək özümüzü. Bax, elə bil bir cütac ca­na­va­rıq, düşmüşük ka­ba­bın üstünə!

–Hmmm...

–Səbəbini deyə bilərsən bu vəhşiliyimizin?

–Sənin bu haqsız iddialarına matqalmışam! Haçandan acıb, iştahla yemək vəhşilik hesab olunur?!

–Bax, atan oldu rəhmətlik, az dedin, düzdedin – acıb. Mən də onu deyirəm də, Nəyəsək. Yəni biz kasıblar acı­rıq.Bu yazıqvarlılar aca bilmir axı! Ona görə də yemək xatirinə yeyirlər.Yəni, candərdi. O yeməkdə təzə qana dönmək əvəzinədönüb olur qan təzyiqi, köklük azarı, şəkər xəstəliyi.Sən bilirsən şəkər xəstəliyi nədi?

–Mən bir "şəkər” tanıyırıam, onunla daçay içirəm.

–Bu sənin xoşbəxtliyindi!

–Urğo, sən məni inandıra bildin,doğrudan da görürəm, dünyada varlılardan bədbəxti yoxdu! Gəl biz də kişilik eləyək!

–Necə?

–İçək onların sağlığına.

–Sözündən belə anlayıram ki, istəyirsən varlılarbir az da varlı olsun!

–Hələ bir yapış badədən. – Nəyəsəkbaşını qaldırıb, dik-dikona baxdı.–Urğo!

–Can!

–İçək bu badələri aclığın nə olduğunubilməyən varlıların sağlığına. Allah onları acdırsın!

Urğo sol əlini başı bərabəri qaldırdı:

–Tam səninlə razılaşa bilmərəm!

–Nəyi düz demədim?!

–Mən deyim, sən eşit – içək varlılarnsağlığına...

–Mən erməninin xaçına söyürdüm?!

Urğosol əlini açıb, dikinə tutdu, yəni"sakit ol”. Nəyəsək də sol əlini üfüqi şəkildə açıb irəli uzatdı, yəni"buyur!”.

–Nəyəsək, içək varlıların sağlığına. Allah onlaraayda bir-iki dəfə dəolmuş olsa aclıq qismət elə­sin!

–Amin!

2.

Nəyəsəklə Urğo Naçis, yəni KəsəyənləOğru Siçan gecə yarıyacan yeyib-içdilər. Axırda hərəsi başını öz tə­rəfinə qoydu– bir anda kababxananı xorultu basdı. Xörəkpaylayan ha çağırdı, ha bağırdı, hatutub onları silkələdi, ayılma­dı­lar. Müdirin yanına qaçdı:

–Bəs bunların yeyib-içdiyinin xərcinikimdən alacam?!

–Qaçıblar?!

–Yatıblar.

–Gedək görək hansının cibində nə var.

Əvvəlcə Urğo Naçisin cibini eşələdilər –bir dənə çolaq qarışqa tapdılar.

– Bunun xasiyyəti onun-bunun hesabınayeyib-içmək olar. Pul nə gəzir bunda?!

Xörəkpaylayan Nəyəsəkin yan cibindən əllimanatı tapıb çıxartdı.

–Çatar?! – Müdir soruşdu.

–Çatmağına çatar, bəs mənim hörmətim?!

–O biri ciblərinə də bax.

Yan cibindən isə uzun bir siyahı çıxdı.Xörəkpaylayan diqqətlə heccələməyə başladı:

–25 iyun 2015-ci il. Bazarlıq siyahısı. Almalıyam– 7 dənə tarakan, 7 dənə arpa, 3 soxulcan, 1 ədəd çəyirt­kə...

–Dayan, dayan, hesab dərsi keçmə bizə.Döş cibinəbax!

Xörəkpaylayan 50 dolları da tapdı –uzatdı müdirə.

–Mənə niyə?! Xırdala, 2 manat zəhməthaqqını götür, qalanını da qoy yerinə.

–Bunlar elə burda da qalsın? – Xörəkpaylayansoruşdu.

–Yox, Nəyəsəki aparaq ataq zirzəmiyə,Urğo davakarın biridi, ayılanda özünü burda görməsə, bizimlə sa­va­şar.

Müdir başından, xörəkpaylayan ayağındanyapışıb, Nəyəsəki götürdü.

–Pah atonnan! Soxulcana oxşayır, ammaağırlığına bax! – Müdir dilləndi.

–Səhərdən daşıyıb tökürəm bunlarınqarnına – 2 dənə "Dovşan sidiyi”, 12 andrikot, 4 "Badamlı”, 4 at­mil­çəyi basdırması...

–Yaxşı ki, partlamayıblar!

3.

Kababxana müdiriylə xörəkpaylayan yenidənsalona qayıtdılar.

–Mən getdim, – Müdir paltosunu əyninəgeydi. – Otaqları sil-süpür, stol-stulu səliqəyə sal, get evin­də ge­cələ!

–Burda qalmayım?

–Mətbəxin, bufetin ağzını yaxşı-yaxşıbağla, get. Gecən xeyrə qalsın! – Müdir qapıdan çıxdı.

–Xeyrə qarşı!

Xörəkpaylayan verilən tapşırıqları yerinəyetirib, gödəkçəsini əyninə taxdı. Kababxananın qapısını daldan bağlayıb, düşdüzirzəmiyə.

–Nəyəsək, yazığım gəlir sənə, gecə soyuqdəyər, xəstələnərsən, gəl min qucağıma! – Bayaq Nəyəsəki hoppadan götürübaparıbqoydu Urğo Naçislə üz-üzə. – Baxım görüm pulların yerin­də­­di? – Yavaşcaəlini saldı Nəyəsəkin döş cibinə, pulları çıxarıb başladı yenidən saymağa. –Dostum,yuxudan ayı­­lıb,cibini boş görsən, Urğodan yapışarsan. Amma bundan sonrayaxşı-yaxşı yadında saxla – ye­yib-içəndə yoldaşını tanı! Mən yazıq bir xörəkpaylayanam.Əlimdəndua eləməkdən başqa bir şey gəlmir – Gecən xeyrə qalsın, yuxun şirin ol­sun,Nəyəsək! – Xörəkpaylayan kababxananın qapısını bağlayıb, fitləyə-fitləyə atarabasına tərəf getdi.

4.

Yarım saat sonra kababxana müdiriqayıdıb gəldi. Qapını açıb,ayağını içəri qoyan kimi tələsə-tələsə gedib girdizirzəmiyə. Nəyəsəki yerində tapmayanda gözləri bərələ qaldı:

–Ayılıb gedib bu?! – Tez atılıb yuxarıqalxdı. – Bıy! – O yan-bu yana baxıb, ya­vaş­ca yaxınlaşıb əlini saldı Nə­yə­səkindöş cibinə. – Baxım görüm pulların yerindədi?! – Baho!... cibin boşdu ki?! –Müdir Nəyəsəkin ayaq­qa­bı­sını belə soyundurub, içinə baxdı. – Həəə... quldur oğlu,quldur! – Xörəkpaylayanın dalıyca bir-iki də pis söz deyib, kababxanadan çıxdı!– Sabah səni işdən qovmaq mənə borc olsun! Bir ay deyil gəldiyi üçüncü də­fə­dir müş­­tərinisoyur.

5.

Dünyanın hər bicliyini bilən Nəyəsək birşeyi başa düşmədi ki, varlıların sağlığına içmək hələm-hələm ka­sıba xeyir gətirməz.