adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Sentyabr 2019 10:04
9261
GÜNDƏM

NEUJELİ İNDİKİ UŞAQLAR KƏRƏMOVDAN ACİZDİLƏR?

Uşaq pulu söhbətigündəmdən düşmür. Elə bir zümrə nümayəndəsi yoxdur ki,bu barədə təklif irəli sürməsin. Bilən də yazır, bilməyən də.

Hörmətli Hadı Rəcəblibir açıqlamasında bildirib ki, 3 yaşaqədər cocuqlara uşaq pulubərpa oluna bilər.

Bizim fikrimizcə, 6 yaşaqədər uşaq pulu verilməsi daha normaldı, çünki 6 yaşdan sonra uşaqlarçalışıb həm özlərini saxlayabilərlər, həm də cəmiyyətə bir xeyirləri dəyər, iqtisadiyyatımız daha yaxşı inkişaf edər.

İndiki uşaqlar Kərəmovdanacizdilər?

Kərəmov 6 yaşındaatasına qoşulub kolxoz işinəgetmişdi. Özü də hansı zamanda? Kompüter yox,internet yox, televiziyalar nə gündə.

İndiki uşaqlar cin kimibir şeydi, 4 yaşlarında internetdəMarkı barmaqlarına dolaya bilirlər, dünyanın harasındandesən xəbər verə bilirlər, proqramyükləyirlər, sosial şəbəkələrə girirlər. Hələ məktəbəgetməmiş, odnoklassikdədirlər.

Ona görə uşaq pulunu 6 yaşadəkvermək daha normaldı. Sonra maşallah,özləri özlərini saxlayabilərlər, hələ ailə büdcəsinə xeyirləridə dəyə bilər.