Netanyahu Qəzza ilə bağlı İsrailin planını AÇIQLADI
“İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatın məqsədi Fələstin anklavını demilitarizasiya və deradikalizasiya etməkdir”.
Adalet.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu alman telekanalına müsahibəsində bildirib.
“Bundan (HƏMAS-ın məhv edilməsindən) sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarlaşdırmaq və həmçinin onu deradikallaşdırmaq. Almaniyada, Yaponiyada və başqa yerlərdə belə edilib”, - Netanyahu bildirib.
İsrailin baş naziri hesab edir ki, əks halda HƏMAS-ın növbəti hədəfi Avropa olacaq.
“Növbəti siz olacaqsınız, bunu başa düşürsünüzmü? Almaniya, Avropa olacaq... HƏMAS İranın, “Hizbullah”ın, husilərin və digərlərinin terror oxunun bir hissəsidir. Onların məqsədi əvvəlcə Yaxın Şərqi, sonra isə dünyanı barbarlıq dövrünə, Orta əsrlərin qaranlıq dövrünə aparmaqdır... Onların istədiyi budur... Biz onları məğlub edənə qədər onlar yox olmayacaqlar”, - deyə Netanyahu bildirib.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:44
Ukrayna “Patriot” üçün lisenziya alacaq
25 Sentyabr 2026 16:34
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35


Bakı -°C

