adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2019 17:58
12749
ƏDƏBİYYAT

Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illikyubileyinə rus dilindəərsəyə gətirilmiş"И сталПутемИстины ясам” kitabı(AzərbaycanDövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub. Kitaba daxil edilmiş 200-ə yaxınqəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran"Поезиявечнойистины”adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəbsözlərə dairizah və şərhlərlə verilib.

Məqalədən sitat:"Böyük Azərbaycan şairi, filosof-mistik, bütündövrlərin ən məşhur yeddi sufisindən biri. Hələ sağlığında Nəsiminin qəzəl vərübailəri bir çox dillərə tərcümə olunaraqOrta Asiya ərazisində, Türkiyədə vəİranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edənşair sonradan ustadı – asket və mistik Fəzlullah Nəimi tərəfindən əsasıqoyulmuş hürufizmə qoşulur.

Nəsiminin Azərbaycan, o cümlədən türkdillixalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığırolla müəyyən olunur. Eyni zamanda onu Azərbaycan fəlsəfi şeirinin banisi dəhesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütünyaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrınınbir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfideyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.

Moskva Yazıçılar Birliyinin "УНикитскихворот” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi vəön sözünün müəllifi Püstə Axundovadır.