adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2019 13:00
33236
ƏDƏBİYYAT

NƏSİMİNİN ANIM GÜNÜ

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərancamı ilə klassik Azərbaycanşairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyini nəzərə alaraq 2019-cuili ölkəmizdə "Nəsimi ili" elan etmişdir ki, bu da bütün ictimaiyyət tərəfindənyüksək sənət sevgisilə qarşılanmışdır. Bu günlərdə Goranboy rayonunda keçirilən böyük ədəbi-bədii tədbir də öz məna-məzmunuilə təqdirəlayiq sayılmalıdır. Yığıncağı giriş sözü ilə açan rayon İcraHakimiyyətinin Başçısı Məhərrəm Quliyev bu əlamətdar Sərəncamın ölkəPrezidenti,Azərbaycan dövləti tərəfindən bədii sözə və ədəbiyyatmıza,incəsənətvə mədəniyyətimizə verdiyi böyük qiymətin, tükənməz qayğının bariz nümunəsi kimi dəyərləndirmiş, Nəsimi yaradıcılığında özünü qabarıq surətdə göstərən mübarizlik, haqqınson məqama-son damla qana kimi müdafiəsi,nahaqqa qarşı üsyankarlıq və s. barədəsöz açmışdır.

Sonra söz rayon Mədəniyyət Mərkəzinin baş məsləhətçisi Gündüz Hacıyevə verilmişdır.O, dövlət başçısının müdrik addımını yüksək dəyərləndirməkləyanaşı,Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat vermiş,görkəmlimütəfəkkirin ictimai-siyasi şeirlərində mükəmməl insan obrazından,bəşəri vəilahi xüsusiyyətlərə malik dəyərlərindəndanışmışdır.

Tədbirdə yaradıcı ədəbi qüvvələr adından söz rayonda otuz yeddi ildən bəri fəaliyyət göstərən"Əli Nəzmi" ədəbi birliyinin ilk yaradıcısı və sədri şair ƏləsgərƏlioğluya verilmişdir.O,Nəsiminin lirikşeir,qəzəl və rübailərinin bəşəri hisslərlə yoğrulduğunu,dünya ədəbiyyatı nəhrindəmüəllifi ilə birgə əbədiyyətə qovuşduğunu, gəncliyimizin əsl mənada qeyrət dərsliyiolduğunu qeyd etmişdir.

Mərasim iştirakçıları rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivi tərəfindən Nəsimininsözləri əsasında tərtib olunmuş musiqili kompozisiyanı da hərarətləqarşılamışlar. Rayonda keçirilən Nəsiminin anım günü tədbir iştirakçılsarınınalqışları ilə başa çatmışdır.

Mehman Əşrəf,

"Əli Nəzmi" ədəbibirliyinmin üzvü