adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyun 2018 14:19
12167
MƏMLƏKƏT

Nəsimi rayonunda məmur özbaşnalığı

Nəsimirayon sakini Yusif Məhəməliyev Azərbaycan Republikası Prezidenti İlhamƏliyev cənablarına müraciət ünvanlayıb. Müraciətdəqeyd olunub ki, Bakı şəhərində pilot layihəlır əsasında yenidənqurma işlərininhəyata keçirilməsi, memari üslub baxımından gözoxşayan yeni binaların inşaedilməsi bu yöndə aparılan islahatların bariz nümunəsidir: "Lakin təəssüf ki,xoşməramlı işlərin aparılması zamanı qanunun tələblərinə əməl edilməsinə dairverdiyiniz tövsiyələr bəzi şirkət rəhbərləri tərəfindən nəzərə alınmayaraq,onlar tərəfindən mülki hüquqların pozulması ilə müşaiyət olunan hallara yolverilir. 


Diqqətinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi0.1007 haolan xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus qeyri-yaşayış sahəsimövcuddur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeydetdiyim qeyri-yaşayış sahəsindən mən mülkiyyətçi olduğum dövr ərzində üçüncü şəxslərəmünasibətdə heç bir maneə olmadan istifadə etmişəm. Qeyri-yaşayış sahəsinə dairhər hansı mübahisə və çəkişmələr olmamış, qonşuluq hüquqları pozulmamışdır.Lakin bir müddət öncə mənə xəbər verildiki, mənə məxsus əmlak sökülür”. 


Y. Məhəməliyev onu da qeyd edib ki, dərhal həmin ünvana getdikdə tanımadığımşəxslər, fəhlələr tərəfindən binanın söküntüsünün həyata keçirilməsini aşkaredib: "Mülkiyyətçi olduğumu bildirsəm də, onlar buna əhəmiyyət verməyərək vəqanuna zidd hərəkətlərinə son qoymayaraq söküntü işlərini davam etdirdilər. Araşdırmaapardıqda söküntü işlərinin "Azəri Tikinti Şirkəti” MMC tərəfindən aparıldığınımüəyyən etdim. Şirkət nümyəndələrindənhüquqa zidd hərəkətlərə son qoyulmasını tələb etdikdə mənə bildirdilər ki,söküntü işləri müvafiq sərəncam əsasında, yəni Nəsimi rayon İH başçısı Asif Əsgərovunimzaladığı 37 saylı, 02 fevral 2018-ci il tarixli Sərəncamıəsasında aparılır. Halbuki həmin Sərəncamda söküntü işlərinin mülkiyyətçilər ilərazılaşmadan sonra aparılmasına dair müddəa vardır. Xüsusi mülkiyyət hüququ əsasıyla,qanuni əsaslarla mənə məxsus qeyri-yaşayış sahəsinin, əmlakımın içindəki əşyalarlabirlikdə dağıdılması qanunla qorunan mülkiyyət hüququmun pozulmasıdır. AzərbaycanRespublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən AzərbaycanRespublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusimülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindənməhrum edilə bilməz. Faktiki olaraq hazırda mənə məxsus əmlakın qanunsuz olaraqdağıdılması məni mülkiyyət hüququndan məhrumetməyə yönələn bir hərəkətdir”.

Şikayətçivurğulayır ki, mülkiyyətçi olaraq heç bir şəxsə mənə dair əmlak barədə hərhansı bir hərəkətin edilməsinə razılıq verməmiş və əmlaka münasibətdə mülkiyyəthüquqularımdan imtina etməyib: "Əmlakımın dağıdılması mülkiyyətimə qəsddir. Bundan əlavə,mənə məxsus qeyri-yaşayış binasının mülkiyyət hüquqlarım pozulmaqla sökülməsi nəticəsində,eləcə də həmin sahənin altında yerləşən xüsusi mülkiyyət hüququ əsasında mənə məxsustorpaq sahəsinə buraxılmaması nəticəsində mənə külli miqdarda zərərvurulmuşdur. Həmin şirkətə dəfələrlə etdiyim müraciətlər cavabsız qalmiş,pozulmuş hüquqlarımın bərpası üçün heç bir hərəkət edilməmişdir. Möhtərəm cənab Prezident! Mən abadlıq işlərininaparılması, bu məqsədlə pilot layihələrin gerçəkləşdirilməsinin daim tərəfdarıolmuşam. Vətəndaş olaraq şəhərimizin daha da gözəlləşməsi, abadlaşdırılmasını hərzaman arzulamış, öz kiçik əməyimlə olsa da bu işə yardımçı olmaqdan imtina etməmişəm.Lakin belə bir layihənin gerçəkləşdirilməsi həmin ərazidə olan mülkiyyət sahibləriilə müvafiq razılaşmadan sonra həyata keçirilməlidir. Mənimlə hər hansı birrazılaşma olmamış, əmlakım məhv edilmiş, mənə külli miqdarda ziyan vurulmuşdur.Onu da qeyd edim ki, Əmlak Məsələləri üzrəDövlət Komitəsinə etdiyim müraciət əsasında Nəsimi rayon İH Başçısı Asif Əsgərova göndərilmiş müraciətdə həmin mülkiyyətin mənə məxsus olması və pilotlayihə çərçivəsində aparılan tikintinin dayandırılması tövsiyə olunub. DövlətKomitəsi yaranmış mübahisənin məhkəmə predmeti olduğunu və hökm çıxarılanadəkbu ərazidə heç bir işin aparılmamasını diqqətə çatıdırıb. Yuxarıdakıları diqqətinizə çatdırmaqla, mülkiyyəthüququmun bərpa edilməsi, bu işdə məsuliyyəti olan şəxslərin qanuna uyğun surətdəcəzalandırılmasına dair göstəriş vermənizi Sizdən xahiş edirəm”.

Ədil Ədilzadə