adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Fevral 2020 17:49
102175
MÜSAHİBƏ

Nəsimi Paşayev: “Yalanlara söykənən platformam yoxdur”

49 saylıYevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevinmüsahibəsi:

-Nəsimi müəllim, xoşgördük. Əvvəla, Sizi tanıyardıq. Nəsimi Paşayev kimdir?

- Mən - Paşayev Nəsimi Məzahir oğlu 1975-ci ilə Yevlax rayonununXaldan kəndində anadan olmuşam. İlk təhsilimi də həmin kənddə - SSRİ-nin ənməşhur məktəblərindən olan Xaldan kənd orta məktəbində almışam. 1992-ci ildəorta məktəbini bitirdikdən sonra ilk dəfə keçirilən test imtahanlarınəticəsində Türkiyənin Ankara Universitetinə qəbul olunmuşam. Ordaradio-televiziya və kino ixtisasını bitirmişəm, təhsilimi başa vurduqdan sonraölkəyə qayıdıb hərbi xidmətimi keçmişəm, ondan sonra Bakıda bir sıra KİV-lərdəçalışmışam. 2004-cü ildən etibarən isə mətbuat xidməti və ictimaiyyətləəlaqələr sahəsində fəaliyyət göstərirəm. Əvvəlcə "Bakıelektrikşəbəkə”də,2014-cü ildən etibarən isə "Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələrşöbəsinin rəisi vəzifəsində çalışmışam. 2018-ci ildən etibarən isə "HunerGroup”un Piar və marketinq departamentinin direktoru olaraq fəaliyyətgöstərirəm. Eyni zamanda özüm müstəqil olaraq piar işləri ilə məşğul oluram.Gənclərə, bu işə həvəsi olan insanlara piar təlimləri keçirəm.

- Nəsimi müəllim, MilliMəclisə keçiriləcək seçkilərdə namizədliyinizi irəli sürmək fikri necə yarandıvə nə üçün deputat olmaq istəyirsiniz?

- Bilirsiniz ki, 2019-cu ilin sonlarında parlament özünü buraxdı vəölkə Prezidenti yeni parlament seçkilərinin keçirilməsinə dair sərəncamimzaladı. Təxminən 15-ə ilə yaxın mən də müxtəlif qurumlarda işləmişəm. Ölkədəaparılan islahatlar məndə belə düşüncə yaratdı ki, artıq zamandır, millətvəkilliyi uğrunda mübarizəyə mən də qoşulum. Əvvəllər belə bir fikrim olmayıb.Sadəcə bu dəfə özümü buna hazır gördüm. Ölkədə aparılan yeniləşmə, gəncləşmə,cənab Prezidentin bu istiqamətdə verdiyi açıqlamalar məndə bir həvəs yaratdıki, mən də özümü bu istiqamətdə sınayım.

Digər tərəfdən, 1992-ci ildə biz orta məktəbi bitirəndə ölkədə həm dəmüharibə şəraiti idi, əli silah tutan hər kəs cəbhə bölgəsinə gedirdi. Bizimyaşımız artıq əl verirdi ki, cəbhə bölgəsinə gedək, savaşaq. Amma o vaxt beləbir qərar verildi, Türkiyə Respublikasına tələbə qəbulu elan olundu. Belə fikirvar idi ki, bizə əli silah tutan oğullarla yanaşı, əli qələm tutan, bilikli,savadlı insanlar da lazımdır. Biz Türkiyəyə ona görə oxumağa getdik ki, yüksəktəhsil alıb yenicə müstəqilliyini qazanan Azərbaycana geri dönək və ölkəyəxidmət edək. Bu illər ərzində Azərbaycan dövlətindən ayrılan vəsaitlə Türkiyədəoxumuşam, kifayət qədər mənə vəsait xərclənib. Və mən öz borcumu vermək üçünAzərbaycana qayıtmışam. Hərbi xidmətimi başa vurduqdan sonra da çalışmağabaşlamışam. Və mən özümdə bir borc hesab edirəm ki, millət vəkili olaraq daVətənə, millətə öz xidmətlərimi göstərim. Millət vəkili seçildiyim təqdirdə dəbu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam.

- Nə üçün namizədliyiniziyaşadığınız Bakı şəhərindən deyil, 49 saylı Yevlax- Mingəçevir dairəsindənverdiniz?

- Çünki mən Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam, ilktəhsilimi burda almışam, oralar mənim üçün daha doğmadır. Bütünqohum-əqrabalarım, uşaqlıq dostlarım orda yaşayır. Təkcə Xaldan kəndi deyil,qonşu kəndlər, eyni zamanda Mingəçevir şəhəri mənə çox doğmadı. Uşaqlığım vəgəncliyim həmin bölgədə keçib. Düşündüm ki, mən insanlarımıza faydalı olmaqistəyirəmsə, birinci növbədə öz yaşadığımyerdən başlamalıyam. Təbii ki, biz Azərbaycanımızın gözəl gələcəyi üçün çalışırıq.Amma təbii ki, ortada bir reallıq var. Bakı şəhərindən daha çətin seçiləcəyimidüşündüm. Yevlax-Mingəçevir dairəsindən bu prosesinin mənim üçün daha rahatolacağını düşündüyüm üçün namizədliyimi bu dairədən verdim. Belə bir sloqanımvar: "Bu dəfə özümüzdən biri olsun”. Mən özümü onlardan biri hesab edirəm. Onagörə belə qərara gəldim ki, namizədliyimi həmin dairədən verim.

- Azərbaycanda aparılanislahatları necə qiymətləndirirsiniz?

- Çox təəssüf ki, Azərbaycanda islahat deyəndə insanların ağlına ilknövbədə kadr islahatları gəlir. Amma islahat ümumilikdə götürəndə genişməfhumdur. Azərbaycanda uzun illərdir islahat aparılır. İstər sosial, istərsədə iqtisadi islahatları biz neçə illərdir görürük. Azərbaycanda iqtisadiislahatlar nəticəsində regionlarda yeni iş yerləri, istehsal müəssisələri,texnoloji parklar açılıb. Sosial islahatlar çərçivəsində pensiya təyinatının,əlillik təyinatının elektronlaşması, "bir pəncərə” sisteminin tətbiqi həyatakeçirilib. Xidmət sektorunda "ASAN xidmət”in yaradılması artıq böyük birislahat demək idi. İnsanlar "ASAN xidmət”dən çox razıdırlar. "DOST xidməti” dəislahatların çox gözəl bir nümunəsidir. Bunlarla paralel kadr islahatları daaparılır və biz son vaxtlar bunun şahidi oluruq. İslahatlar mərhələsi nəhayətparlamentə də gəlib çatdı. Xüsusilə yeni Azərbaycan Partiyasının (YAP)parlamentdə təmsil olunan nümayəndələri cənab Prezidentə müraciət etdilər ki,bizi sizin apardığınız islahatlarla tam ayaqlaşa bilmirik, gəncləşmə,dinamikləşmə lazımdır, ona görə xahiş edirik ki, parlamenti buraxasınız. CənabPrezidentin sərəncamı ilə parlament buraxıldı və yeni seçkilərin təyin olunmasıilə əlaqədar sərəncam verildi. Bu yaxınlarda Davosda cənab Prezidentin KİV-lərəbelə bir açıqlaması var idi: "Keçiriləcək növbədənkənar parlament seçkilərindənsonra islahatların növbəti dalğası başlayacaq”.

- Bu seçkilərin əvvəlkiseçkilərdən fərqini nədə görürsünüz?

- Mən keçmişə baxmağı oqədər də xoşlamıram . Amma müəyyən dərslər götürmək mənasındakeçmişə baxmaq mütləq lazımdır.Keçmişini bilməyən gələcəyini bilməz. Əvvəlki parlament seçkilərində şəxsən məno qədər də ümidli deyildim. Amma indi istər Prezident, istərsə də MSKrəhbərliyi açıq şəkildə şəffaf seçki keçiriləcəyinə əminlik ifadə edirlər.Əvvəlki seçkilərdə bir çox neqativ hallarla qarşılaşmışıq. Hətta bəzidairələrdə, məntəqələrdə seçkinin nəticələri ləğv olunub. Bu dəfə isə proseslərtamam fərqlidir. Ən azından təbliğat-təşviqat mərhələsində biz bunun şahidioluruq. Əvvəlki müdaxilələr yoxdur, bu da insanlarda ümid yaradır.Buna görə də tam əminlikdədeyə bilirik ki, bu parlament seçkilərində xalqın iradəsi öz əksini tapacaq.

- Seçki prosesindəMSK-nın, aşağı seçki komissiyalarının, yerli icra hakimiyyəti qurumlarınınfəaliyyəti sizi qane edirmi?

- Açığı, qane eləyir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyasıbaşlayıb. Bu müddət ərzində rəsmi şəxslər tərəfindən hər hansı maneə ilərastlaşmamışam. Etiraf edim ki, aşağı səviyyədə özfəaliyyətlər var. İnsanlarınözlərini kiməsə göstərmələrindən və ya kimdənsə qorxmalarından dolayı bəzixırda nüanslar var. Təbii ki, biz bunu ciddi qanun pozuntusu və ya süni maneəkimi hesab eləmirik. Misal çəkə bilərəm, hər hansı məktəbin direktoru bizgörüşə getdiyimiz zaman müəllimlərə bizim görüşümüzə getməməyi tövsiyə edib.Böyük ehtimal, bu da əvvəldən qalma alışqanlıqdandır. Sonra ona hansısa sözdeyiləcəyindən, qorxudan bu yola baş vurur. Təbii ki, onunla görüşlərdə də açıqşəkildə bildiririk ki, ölkə başçısı səviyyəsində seçkilərə hər hansımüdaxilənin edilməməsi tapşırığı verilib, hər bir şəxs seçkidə sərbəst iştiraketmək hüququna malikdir, bu hüquq onlara Konstitusiya ilə verilib. İnsanlar müstəqil şəkildə gedib istədiklərinamizədə səs verə bilərlər.

- Nəsimi müəllim,təbliğat-təşviqat işləri davam etdirilir. Siz də öz seçicilərinizləgörüşürsünüz. İnsanların seçki ilə bağlı qənaətləri necədir?

- Açığı, insanlar əvvəlkinə nisbətən bir az ümidlidir. Dövlətbaşçısının və rəhbər şəxslərin verdiyi açıqlamalar ruh yüksəkliyi yaradıb.Əvvəlki seçkilərdə insanların ümidi, seçki aktivliyi çox az idi. Xüsusilə mənimseçki dairəmdə kəndlər üstünlük təşkil eləyir. Bu kəndlərdə seçkiyə maraq çoxdeyil. İnsanlarda inamsızlıq var. Çalışıram onların seçkiyə inamını maksimumqaldırım. Seçicilərlə görüşdə ilk növbədə bunu xahiş edirəm: "Kimə səsverməyinizdən asılı olmayaraq fevralın 9-da keçiriləcək parlament seçkilərindəöz seçki hüququnuzdan istifadə eləyin. 15-20 dəqiqənizi ayırıb seçkiməntəqəsinə gedin, öz seçdiyiniz namizədə səs verin. Pərdənin arxasında siziheç kim görmür. Heç kimdən qorxmağa dəyməz. Bu seçkilər tamamilə müstəqil vəşəffaf keçiriləcək”. Təbii ki, yerlərdə seçicilərlə bu görüşlər və xüsusiləcənab Prezidentin bu istiqamətdə çıxışlarından sonra bir ruh yüksəkliyiyaranıb. Eyni zamanda mən yerli camaatdan, yəni onlardan biri olduğum üçüninsanlar Nəsimi Paşayev üçün seçkilərə getməyə hazır olduqlarını, bu dəfə dahaçox aktivlik nümayiş etdirəcəklərini bildirirlər.

- Nəsimi müəllim, seçki platformanızdanələr var, seçicilərinizə nə vəd edirsiniz?

- Əslində çox maraqlıdır. Mənim seçki platformamda başqa namizədlərkimi vədlər yoxdur. Mən seçicilərimə ancaq səmimiyyət, dürüstlük vəd edirəm.Mən öz funksiyamı, səlahiyyətimi çox gözəl dərk eləyirəm və insanlara yalandanheç bir vəd vermirəm. Yalanlara söykənən platformam yoxdur. İnsanlara demirəm ki,mən sizə yol çəkəcəm, mən sizə iş yeri açacam, sizə hansısa güzəştləretdirəcəm. Artıq insanlar buna inanmır. Mən insanlara sadəcə bir şey vədeləyirəm. Var gücümlə bizim bölgənin seçicilərinin hüquqlarını tam qoruyacağımasöz verirəm, onların hər birinin dərdləri, qayğıları ilə maraqlanacaq, həmişəonların yanında, onlar üçün əlçatan olacağam. Dövlət büdcəsindən kifayət qədərinvestisiya ayrılır, insanların çox sadə problemləri var. Bəzi yerlərdə qaz,bəzi yerlərdə su problemi var. Dövlət büdcəsindən bu sahələrə kifayət qədərvəsait ayrılır. Eyni zamanda hər ay Prezidentin ehtiyat fondundan vəsaitlərayrılır. Seçicilərimə söz verirəm ki, bu vəsaitlərin yerlərdə məqsədinə uyğunxərclənməsinə nəzarət edəcəyəm. Ölkə Prezidenti dəfələrlə yerli məmurlara insanlarıincitməməyi tapşırır. Cənab prezidentin bir fikri də var ki, "mən buseçkilərdən sonra elə millət vəkili görmək istəyirəm ki, xalqla bizim aramızdakörpü olsun”. Mən məhz həmin çağırışla həmin millət vəkili olmaq istəyirəm. Mənşəxsən seçicilərimi əmin edirəm ki, məmurlar onların haqlarını tapdalaya, onlarüçün ayrılan vəsaitlərə yan gözlə baxa bilməyəcəklər. Mənim insanlara vədlərimbundan ibarətdir.