Nərimanov rayonunun Ağsaqqal Şurasında ulu öndər Heydər Əliyev anıldı - FOTOLAR
Bakı şəhəri Nərimanov rayonunun Ağsaqqal Şurasında ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nərimanov rayonu Ağsaqqal Şurasının sədri Arif Hümbətov çıxış edərək Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyamızın gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatması naminə göstərdiyi xidmətlərdən danışdı. Qeyd olundu ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Tədbirdə istefada olan polkovnik Həmid Cəfərov çıxış edərək Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin mənəvi bəraətində, yenidən vətəninə qovuşmasında, adının əbədiləşdirilməsində tarixi faktlar əsasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açdı. Həmid Cəfərovun 1982-ci ildə respublika rəhbəri Heydər Əliyevin Naxçıvana gələrkən ona dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi tapşırığını verməsi, bu tapşırığın uzaq Sibirdə icra olunması ilə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəstəyindən sonra Həmid Cəfərov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirməsi, Cavid əfəndinin nəşinin Bakıya gətirilməsi, dahi şairin doğma vətəni Naxçıvanda torpağa tapşırılması ilə bağlı sənədlər və fotolar nümayiş etdirildi.
Tədbirdə siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Rafael Soltanov və başqaları çıxış edərək Azərbaycanın bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsində xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinindən söhbət açdılar. Çıxışlarda Vətənin inkişafı, xalqın mədəni-mənəvi, sosial-əxlaqi tərəqqisi naminə tarixi xidmətləri olan Heydər Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə həqiqi dəyərinin verilməsi və bütün dünyada tanıdılması üçün müstəsna işlər görməsi, yazışı və şairlərimizə layiqli qiymətini verməkdən ötrü əlindən gələni əsirgəməməsi, o cümlədən Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin qədim Naxçıvan torpağına qovuşması üçün göstərdiyi çoxsaylı xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Hikmət Xudiyev
Digər Xəbərlər
10 Dekabr 2025 11:29
"Yeni Əmək Məcəlləsinin işlənib hazırlanmasının astanasındayıq" - Komitə sədri
10 Dekabr 2025 11:09
Nazirlik yağıntılı havaya görə əhaliyə müraciət etdi
10 Dekabr 2025 11:04
Böyük Qayıdışa aparan yollar - VİDEO
10 Dekabr 2025 10:46
“Hüquq-mühafizə orqanlarında aparılan kadr islahatları onların planlarını pozdu”
09 Dekabr 2025 21:51
Leyla Əliyeva Türkmənistanda açılışa qatıldı - FOTOLAR
09 Dekabr 2025 17:51
ANAMA və GICHD minatəmizləməyə dair memorandumun icrasını müzakirə edib
09 Dekabr 2025 17:20
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
09 Dekabr 2025 17:15


Bakı -°C

