adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 11:44
110
AVTOMABİL
A- A+

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Tullantılar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.