adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Avqust 2015 12:29
48617
AVTOMABİL

Nəqliyyat sektorunun iyul ayı üçün vəziyyəti

İyulda nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən (DSK) Adalet.az-a bildirilib ki, keçən ay hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz ucuzlaşıb. 

Ötən ay dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb. Dəniz nəqliyyatında isə MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

İyulda boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2 faiz ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə edilməyib.