adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyun 2019 16:58
24477
ƏDƏBİYYAT

Nəğmələşən poeziya və pıçıldaşan xatirələr...

Vərdişimdi- günortalar bir az mürgüləməsəm,olmur. İndi də həmin vaxtdı. Yuxum gəlir- uzaqdan yox, lap yaxından gəlir. Tərsliyimtutub, bu gün yatmaq istəmirəm. Redaksiyamızda qalaq-qalaq yığılmış kitablardanbirinə əl uzadıram. Açığı, əlimə düşən heç tanımdığım bir şairinkitabıdır- "Xatirələr pıçıldaşır” şeirlərkitabı.

"Xatirələr pıçıldaşır”ı asta-asta vərəqləməyəbaşlayıram- özü də elə ön sözdən... Tanınmış yazıçı, mahnı və musiqilərimizinzövqlü ifaçısı Zəka Vilayətoğlunun təqdimatında kitaba marağım daha daartır. Beləcə, bir müəllif, bir şairi dətanıyıram - Damət Salmanoğlu. İndiyədək bir neçə kitabı işıq üzü görüb. Masallırayonunda- qədim Öncəqala kəndində doğulub. Əsasən, sevgi şeirləri yazır. Doğumtarixinə baxanda, aydın olur ki şair ömrünün altıncı onilliyini yaşayır. Buyaşda sevgi şeirləri yazmağın nə dərəcədə asan, nə dərəcədə çətin olduğunu deyəbilmərəm. Amma hər halda, 60 yaş ömrün yüksək pillələrindən sayılır. Bu yaşdagözəl sevgi şeirləri ərsəyə gətirmək yəqin ki bir şairin uğurudur. Bu şeirlər təkcəsevgi şeiri kimi oxunmur, həm də həzin bir nəğmə təsiri bağışlayır adama. O nəğməki, özünün sehirli sevgi pıçıltıları ilə insanın ruhuna, qanına axır. İnsanda mərhəmanəduyğular kompleksi formalaşdırır. İxtisasca sənətşünasam. Və belə məsələləriaz-çox duyduğuma görə şairin şeirlərinə bəddi-estetik müstəvidən yanaşmaqimkanlarım da var.

Damətin şeirlərində insana yanaşma tərziçox incə, zərifdir. O, həssas duyğularla insan ruhunu özünə tərəf çəkərək onaöz sözünü deyə bilir. İnsanı sevgiyə kökləyir. İnsanı həyatla, dünyayla barışaçağırır. Şairin əsas hədəfi də insanı onun təbiətinə yad olan şər, yabancıünsürlərdən təmizləməkdir. Buna qədimfilosofların düşüncəsində "katarsis” də deyilir. Şair sanki özoxucusunun ruhunu katarsisdən keçirir. Onu təmizlənmə mərhələsindən körpünün otərəfinə, sağlam bir adaya ötürməyi bacarır.

Nə deyim, onun səmimi hislərinə xələlqatmadan yazdığı şeirlərindən zövq aldığımı gizlətmirəm. Ümumiyyətlə, gəncliyinruhu bu tip şeirlərlə sıx bağlıdır. Belə şeirlər gəncliyin sankiboyunbağısıdır. Onlar sevgi qanadlı şeirlərlə cəmiyyətə boylanırlar. Həyatınritmini, ahəngini bu şeirlərdə axtarırlar. Zənnimcə, bu, elə belə də olmalıdır.Çünki həyat dediyimiz, mənasını o qədər də aydın təsvir edə bilmədiyimizqeyri-adi bir mənzərənin içərisindəki yaşam tərzimizdir. Bizi o həyata bağlayanilk növbədə sevgi telləridir. O tellər qıırlarsa, biz uşaqlığımızdan yeiniyetməliyə,gəncliyimizdən ahıllığa adlaya bilmərik. Körpülər önümüzdə uçulub dağılar. Həyatındərinliyinə enmədən elə ilkin qatlarındaca günəşin hərarəti qanadlarımızı ütər,qışın sərt, dondurucu havası isə qəlbimizi üşüdər...

Şeir, poeziya böyük bir aləmdir. Və hərşair də həyatı bütün çalarları ilə ora köçürə bilmir. O şair ilhamla, o şairdaha dərin məhəbbətlə yaza bilir ki, o özü də həyata həqiqətən vurğundu. Həyatavurğunluq isə elə dünyaya özüylə istedad gətirmək deməkdir. Damət Salmanoğlununistedadından, nəğmə dolu şair təbindən Azərbaycan Yazıçılar Birliyinin üzvü ZəkaVilayətoğlu da şirin-şirin söhbət açır:

"Damət Salmanoğlu şair, eşq, sevgi, rayihəlinəğmələrə könül verən bir qələm adamıdır. Onun yazdığı şeirlərlə ilktanışlıqdan sonra məndə belə bir əminlik yarandı ki, Damət iddialı insan deyilvə o, bu şeirləri heç bir təmənna güdmədən və bu yöndə heç bir iddiaya sahibolmayan saf qəlbi ilə yazır. Elə buna görə də onun yazdığı şeirlər ruh oxşayanmusiqilər verir ki, bəstəci bu şeirlərə ruh oxşayan musiqilər yazsın. Yəni birmusiqi adamı, bir melodist bəstəçi kimi Damət Salmanoğlunun şeirlərilə ilktanışlıqdan sonra bu şeirlərdən bir neçəsi mahnı mətni kimi diqqətimi cəlbetdi. Çox rahatlıqla musiqi yazdığım bu şeirlərin özünün mayasında musiqi olduğundan düşünürəm ki, yazılmışmahnılar da yorucu deyil. Bu da daha çox bu şeirlərin hər sözünün, hərmisrasının dilə, musiqiyə yatımlılığı, sadəliyi, rəvanlığı ilə əlaqdardır. DamətSalmanoğlunun özü ilə bağlı yekun qənaətim isə belədir; Damət Salmanoğlu üçünşairlikdən də ötəri bir müqəddəs vəzifə var- insanlıq!”

Tamamilə razıyam. Deyəsən, belə birklassik fikir də var. Şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. ZəkaVilayətoğlu gerçəkdən məndə bir əminlik yaratdı. Və mən nədənsə ona inanmaq istəyirəm.İnanmaq istəyirəm ki, şeirlərilə yenicə tanış olduğum şair Damət poetikasındanöncə Vətəndaş duyğuları, milli düşüncələr, milli hisslərlə yaşayan birisidir.Onunla aramızda ədəbi-bədii bir körpünün yaranmasından heç də peşaman deyiləm.Bu sətirləri yazmamışdan öncə onun şeirlərinə mahnı bəstələyən, toyların, məclislərinbəzəyi Zəkanın səsini də dinlədim. Bu səs, bu söz doğrudan da yazınınyazılması üçün məndə çox xoş ovqat yaratdı. Müğənninin səsi ilə şeirlərintutumundakı, çəkisindəki ritm, ahəng bir-birilə qarışaraq gözəl bir musiqiyaradıb. O musiqi ki, mən onu gəncliyin səsi kimi dinlədim. Həyatın canınahopmuş və ona minbir rəng qatan gənclik duyğuları kimi heyran oldum.

Şairin şerilərindən nümunələrə gəlincə isə"Qalıb” adlı bir şeirini oxumaq istəyirəm. Sadə, rəvan bir axarda yazılmış üç bəndlikbu şeir insan və həyat, insan və sevgi haqqında təəssürat yarada bilir.Buradakı poetik enerji bir oxucu kimi məni düşündürür, duyğulandırır. Dünənəqayıdıram, bu günə baxıram, gələcəyə boylanıram. Bu dəqiqəyə, bu ana qiymətverməyə çalışıram. Bilmirəm, hər nədirsə,mənə elə gəir ki, şairin xəyalında ilişib qalmış bakirə bir gözəllikdən,saflıqdan söhbət gedir.

Qar üstə birqızın ləpiri qalıb,

Unudub, bəzəkliçətiri qalıb.

Yayılıb aləməçiçək qoxusu,

Keçdiyiyollarda ətiri qalıb.

Göydənnarı-narın qar səpələnir,

Sanki heç qardeyil, həsrət ələnir.

Şirin xatirələrdərdə bələnir,

Ruhum xəyallarınəsiri qalıb.

Sızlayanyanıqlı telə dönmüşəm,

Acı həsrətdolu ilə dönmüşəm,

Qəfilyanıb-yanıb külə dönmüşəm,

Sənə olaneşqim dipdiri qalıb.

Görünən dağa nə bələdçi?! Şeir sevən qəlbinhəyəcanı, titrəyişi kimi yadda qalır. Bəlkə də "Xatirələr pıçıldaşır”kitabındakı pıçıldaşan misraların ən gözəli idi ki, bu misralardan ötə bilmədim.Əgər yer məhdudluğu olmasa, şairin örnək seçdiyim bir şeirini də nümunə gətirməkistəsəm – "Eşqin ünvanı”ndan danışmalıyam. Bu şeiri də bütünlüklə oxucu diqqətinəvermək istəyirəm .

Bu qız bir mələkdir,göylərdən gəlib,

Gəlişiyləyorğun ruhum dincəlib.

Açılıbkönülmdə sevda çiçəyi,

Qəlbimin telləriyaman incəlib.

O, qəlibbaharın müjdəçisi tək,

Ömrümə-günüməsevinc gətirib.

Gəlişi mübarək,yolu mübarək,

Bağımda minçiçək, min gül bitirib.

Bu sevənkönlümün sultanıdır o,

Bahar çiçəyitəkzərif, ətirli.

Bir eşqin ənşirin ünvanıdır o,

Ən ağır kəlməsiovsunlu, sirli...

Mətni yazmağa başlayanda "yuxum gəlir”demişdim. İndi gözlərim avazıyıb. Poeziya sehrinə düşmüş arzularımın, ümidləriminçırpınan qanadları haqqında düşünməyə başlamışam. Şairlik, şeiriyyət də eləbudur. İnsanı ətalətdən, sükunətdən qoparıb onun ruhunu, daxili duyğularını hərəkətəgətirmək. Bu, hər hansı bir fiziki təsirlə həyata keçməz. Bunun ən gözəl yolu,yəni insanı süstlükdən ayırmağın ən effektli yolu sənət yoludur. İnsanın ruhunasöz, sənət qədər təsir edəcək ikinci bir amil düşünmək çətindir. Bu yazınıyaza-yaza yeni bir düşüncə, yeni bir qələm, söz-sənət adamı kəşf etdim. Mətnbaşa gəlincə, haqqında söhbət açdığım sənətkar barədə də bir xeyli araşdırmaapardım. Gördüm ki, Damət Salmanoğlu haqqında ədəbi-ictimai camiədə olduqcamüsbət fikirlər səsləndirilib. Şairin yaradıcılığı yüksək dəyərləndirilir vəonun 60 illik yubileyi də ədəbiyyatımızın tanınmış simlarının, şair vəyazıçılarının iştirakı ilə qeyd olunub. Zənnimcə, bu da şairin şəxsiyyət vəyaradıcılığını xarakterizə edən detallardan biri kimi qiymətləndirilə bilər.Bir yeni oxucu kimi Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüDamət Salmanoğluna gələcək ədəbi fəaliyyətində uğurlar arzulayıram.

Təranə Əlizadə