“Neftin qiyməti 60-70 dollar arasında dəyişərsə…” - Pərviz Şahbazov
"Əgər neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq”.
Bunu "Bloomberg” agentliyinə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, həmin rəqəm istehsalçı və istehlakçılar üçün də yaxşı qiymətdir.
Nazir həmçinin OPEC və tərəfdaşlarının hasilatın azaldılması sazişini bu ilin sonunadək artıra biləcəklərini açıqlayıb:
"Qərarın uzadılması ehtimalı var. Dekabrda 2019-cu ilin ilk 6 ayı üçün hasilatın hər gün 1,2 mln. barel azaldılması ilə bağlı razılaşma bu il neft qiymətlərinin 15% artmasına səbəb olub. Apreldə OPEC ölkələri nazirlərinin Bakıda keçiriləcək sammitində hasilatın azaldılması ilə sazişin müddəti növbəti 6 ay üçün də uzadıla bilər”. (Report)
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43