"Neftçi"dən əzmkar qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başa çatıb.
Adalet.az xəbər verir ki, turun son matçında “Neftçi” və “Zirə” qarşılaşıblar.
“Neftçi” Voyislav Stankoviçin 52-ci dəqiqədə vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Şamaxı”nı (3:1), “Səbail” “Kəpəz”i (1:0) öz meydanında, “Sabah” isə “Qəbələ”ni (3:0) səfərdə məğlub edib.
Digər Xəbərlər

FUTBOL VƏ ELM - Etibar Əliyev yazır

Erməni bayrağı, "Artsax əskisi" və plankart stadiona necə keçirilib?

Vilayət Quliyev: Nazir Azərbaycan futbolçularına görə xəcalət çəkirdi

"Əla oyun idi" - Məğlubiyyəti biz yedik, məntiqini də özün yeyəsən Byazi...

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat De Byaziyə qəzəbləndi

“Qalatasaray” Heydər Əliyevin 100 illiyi ilə bağlı turnir keçirmək istəyir

AVRO-2024: Azərbaycan yalnız Lixtenşteyni üstələyir
