"Neftçi" "Şamaxı"nı məğlub etdi
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.
Adalet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.
Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.
Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

