adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
28 Sentyabr 2016 14:50
12206
İDMAN

«NEFTÇİ» ODU HƏR ƏZABA QATLANA, «NEFTÇİ» ODU ATDAN DÜŞƏ, ATLANA

Dünən «Neftçi» ilə «Sumqayıt»ın oyununuizlədim. Uduzdular. Amma pis oynamadılar,sadəcə olaraq bəxtləri gətirmədi. Həm də komandada bir balaca ruh düşgünlüyü var. Bu komanda Böyükağa Hacıyev gedəndən sonra hələdə özünü tapa bilmir, toparlaya bilmir. Bunun bir səbəbi də tez-tez məşqçilərin dəyişdirilməsidi. Həftə səkkiz-mən doqquz baş məşqçi gedir, yerinətəzəsi gəlir. Yeni məşqçi oyunçuların adlarını,xasiyyətini öyrənincə, yerini-yurdunu müəyyənləşdirənəcən və öz taktikasını qurmağabaşlayanacan «yaxşı yol», «yaxşı yol»… Mən bu komandanın əvvəlki şöhrətini bərpa edəcəyinə inanıram.

Və bütün günahı da Çingiz Abdullayevdə görürlər. Çingiz Abdullayev Azərbaycanı dünyada tanıdan vədünya şöhrətli bir yazıçıdı. O, «Neftçi»nin şöhrətinə şöhrət gətirə bilər. Və Müşahidə Şurası yaradılanda ÇingizAbdullayev də sədr seçiləndə «Neftçi» artıqqırx arşın quyunun dibindəydi. İndionu qırx arşın quyunun dibindən çəkib çıxarmağa çalışırlar, imkan verin! Əsas arqumentləri də budur ki, Çingiz Abdullayev futbolçu olmayıb.

Bəlkə «Qarabağ»ın prezidenti Gözəl bəy və yaxud oğlu Tahir Gözəl nə vaxtsaməşhur futbolçu olublar, xəbərimiz olmayıb?!Sadəcə olaraq, sponsor və ya prezident məşqçininişinə qarışmamalıdır. Məşqçi ilə müqavilə bağlayanda da ona vaxt verməlidir. Futbolçox dəhşətli bir şeydi, dünən çiynində gəzdirdiyinməşqçini sabah tapdalaya bilərsən.