Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib
Aprelin 2-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov və yerli icra nümayəndələri Aprel döyüşlərinin əsas qəhrəmanlarından olmuş və qazanılan zəfərdə böyük şücaətlər göstərmiş şəhidlərimiz, Milli qəhrəman mayor Samid İmanov və kiçik gizir Elmidar Səfərovun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin ailə üzvlərinə başsağlığı verən rayon rəhbərliyinin nümayəndələri Azərbaycan xalqının bu cür vətənpərvər oğullarını heç vaxt unutmayacağını bildiriblər. O da qeyd edilib ki, Aprel zəfəri işğalçı ölkəyə, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi "uğurun" isə müvəqqəti xarakter daşıdığını və gec-tez ədalətin bərpa olunacağını göstərdi.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27