Neft Fondu üç tona yaxın qızıl alıb
Yanvar-iyun aylarında ARDNF London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan 2 ton 799,31 kq (90 min troya unsiyası)qızıl alıb.
Adalet.az Fonda istinadən xəbər verir ki, bununla da ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2018-ci il iyunun 30-na 32974,21 kiloqram (1 mln. 60 min 145,51 troya unsiyası) təşkil edib.
30 iyun 2018-ci il tarixinə fond qızıl alışına 1 mlrd. 326,5 mln. ABŞ dolları məbləğində investisiya yönəldib.
Digər Xəbərlər
04 May 2024 20:28