Neft Fondu ötən il 5,1 milyard qazanıb
2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə 8 milyard 320,0 milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3 faizi "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olub.
Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ dolları, "Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən "Şahdəniz-1” layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 milyon ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə 24,9 milyon ABŞ dolları həcmində vəsait daxil olub.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01