Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə müraciət olundu
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.
Adalet.az APA-ya istinadən xəbər verir ki, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.
O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

