adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2021 14:04
2073
ŞOU-BİZNES

 Nazilə Səfərli estetik əməliyyatdan sonra yeni qərar aldı: 22 ildən sonra... 

Efirlə tanışdığı gündən qalmaqallarla yaddaşlara çökən, bir müddət əvvəl isə həyat yoldaşı ilə ayrıldığı iddia edilən tanınmış şairə Nazilə Səfərli estetik əməliyyatlardan sonra gəncləşdiyinin fərqinə varıb. 42 yaşlı şairə 22 il aradan  sonra yenidən ana olmağa hazırlaşır.


Adalet.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, həkim qəbulunda olan şairə “Instagram” hesabında bu sözləri yazıb:
“Şükür məsləhətinə ilahi. Balam böyüyür”.

 


Qeyd edək ki,  Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2№-li orta məktəbdə qədəm qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Suraxanı rayonunda məskunlaşıb. 9-cu sinfi 270№-li orta məktəbdə davam etdirib. 10-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub.
Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakültəsini bitirib.

25 illik evli olan toy və xınayaxdı aparıcısının əri ilə bu fotosu hamı tərəfindən maraqla qarşılanıb.

Cütlüyün bu evlilikdən Nurlan və Turan adlı iki oğlu var.

 Əntiqə Rəşid