adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyul 2018 12:36
36806
ŞOU-BİZNES

Nazpəri Dostoyevski imiş...

Bu günlərdəgündəmi alt-üst edən bir xəbər məmləkətimizi lərzəyə gətirdi. Xəbərə baxın e: Xalq artistimiz Nazpəri Dostəliyeva fəlsəfədoktoru elmi adını aldı. Nazpəri xanım estradamızda inqilab edəndən sonra dərkelədi ki, onda daha bir istedad var. Anladı, başa düşdü ki, o alimdir,filosofdur. Elə fəlsəfə doktoru adını qazanmaq üçün bir xeyli yol keçməli, həyatınməşəqqətli səddlərini adlamalısan. Nazpəri xanımda Çin səddindən məharətlə keçərəkbu adı qazandı.

Uşaq yaşlarımda yadıma düşür, qonaq gedəndə əlimizdə"karopka” şokolad olardı. Bu ənənə milli mənəvi dəyərlərimizdən idi. Həmin "karopka”larınüstündə Sibel Canın, Aygün Kazımovanın, Ebru Gündeşin, Nazpəri Dostəliyevanında fotoları olurdu. Nazpəri xanım Azərbaycan tarixində ilk "karopka” şokoladınfilosofudur. Dünyada heç bir filosofu, fəlsəfə doktorunu bu cür görə bilmərsiniz.Bu ancaq Azərbaycanda ola bilərdi...

"Nə olar Allahım, ayırma bizi” mahnısınıeşidəndə həmişə Nazpəri xanımının üzü xəyalımda "karopka”dakı şəkliylə canlanır.Üzümə bayağı bir təbəssüm qonur bu mahnı səslənəndə. Gərək "yutub"da bu mahnınıtapıb yenidən dinləyim. Bu dəfə dinləməmişdən qabaq gərək xeyli dərin düşünclərədalam. Yoxsa bu mahnıdan baş çıxarda bilmərəm, nə də ki, zövq ala bilmərəm.

Təsəvvür edin, Nazpəri xanım Dostoyevski, Hegel,Nitsşe kimi əjdahalardan imiş, xəbərimiz yox. Hegelin goru çatlasın, çatlasınki, dünyada nə oyunlar, həngamələr dönür. Heç Hegeldə Nazpəri xanımdan baş çıxardabilməzdi. Azərbaycanda fəlsəfənin təməlini artıq Nazpəri xanım qoydu. Buna biətetməliyik, əlimizdən başqa nə gəlirki?!

Mən də bu gündən ədəbiyyatın, yazmağın başınıburaxıram. Qayıdacam abutiryentli illərimə. Hazırlaşacam univeristetə, oxuyub fəlsəfədoktoru adını qazanacam. Şeir yazmaqdan bir şey çıxmır. Heç kim səni düşünmür,hörəmətin də olmur. Amma ad qazansam nə qədər dostum olacaq, şöhrətim,adın-sanım, nüfuzum olacaq. Bərəkallah! Bütün bu yollardan keçəndən sonra NazpəriDostəliyevanı dərk edəcəm. Onun necə də arif biri olduğunu başa düşəcəm.

Məgər onun həyata, dünyaya, insanlara baxışını biz "karopka”danbaşa düşməmişik. Necə də cahil cəmiyyətik. Necə də bu baxışları tuta bilməmişik.Yəqin bundan sonra digər müğənnilərimiz elmi dərəcə almasa toylaraburaxılmayacaqlar. Bununla da gündə bir müğənnimizin fəlsəfə doktoru adınıqazandığını eşidəcəyik. O qədər belə xəbərlər eşidəcəyik ki, daha bizi heç birxəbər təəccübləndirməyəcək. Belə olan halda da cəmiyyətimiz bir xeyli tərəqqiedəcək, artıq özünü inkişaf prosesinə addımlayacaq.

Sosial şəbəkələrdə bu saat Nazpəri xanımın adı ikidəqiqədən bir yazılır, pozulur. Bizim millətə nə var. Təki tema olsun. Özü dəbelə temaya can qurban. Hərə bir tərəfdən Nazpəri xanıma həsr etdiyi statusdanguppuldadır, gündəmin nəbzini tutur.

Deməli Nazpəri xanım gündüzlər oxuyur, gecələr isədüşüncələr girdabında vurnuxurmuş. Həyat, insan, kainat haqda dərin dərinfikirlər ərsəyə gətirirmiş. Deməli insan göründüyü kimi deyilmiş. Həm də onungizli, məxfi dünyası varmış. Kül mənim başıma ki, bu həqiqətləri indi bilirəm.Həqiqətən də fəlsəfəmizin yaxşı bir doktora ehtiyacı var.

Sonda Nazpəri xanıma bir sual vermək istərdim.Yaxınlarda kitabınız çap ediləcək? Təqdimata məni də çağırsaz məmnun olaram.