Nazirliyin əməkdaşları azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.
Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.
Digər Xəbərlər
29 Aprel 2024 17:35
Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
27 Aprel 2024 12:57Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33