adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Sentyabr 2014 18:57
10597
GÜNDƏM

Nazirliyə 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AzərTAc -ın  verdiyi xəbərə görə, 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılıb.
 

Maliyyə nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.