Nazirlikdən plastik cərrahlara XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edib.
Bu barədə Adalet.az-a nazirlikdən bildirilib.
Müraciətdə deyilir:
"Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq".
Digər Xəbərlər
30 Sentyabr 2026 23:05
Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı
30 Sentyabr 2026 23:03
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq
30 Sentyabr 2026 22:40
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? - Açıqlandı
30 Sentyabr 2026 16:43
Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
30 Sentyabr 2026 16:41
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
30 Sentyabr 2026 16:24
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
30 Sentyabr 2026 15:57
Dövlət qulluqçularının rotasiya qaydası dəyişir
30 Sentyabr 2026 15:56


Bakı -°C

