Nazirlikdən dərman reklamları ilə bağlı AÇIQLAMA
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri reklam oluna bilər”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova açıqlayıb.
Onun sözlərinə görə, resept olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:
“Yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmağa yol verilmir. Bundan əlavə, həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, onun təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək, reklam olunan dərman vasitəsinin bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək qadağandır”.
T.Həsənova qeyd edib ki, yuxarıda qeyd olunan tələblər tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir:
“Resept olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, resept əsasında buraxılan dərman vasitələrinin reklamına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir”.
Digər Xəbərlər
12 Iyul 2026 17:00
Ürək sağlamlığı üçün ən faydalı məhsul açıqlandı
11 Iyul 2026 10:14
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
11 Iyul 2026 09:29
Bakıda yayılan qulaqdibi xəstəliyi epidemioloji hal alıb? - VİDEO
10 Iyul 2026 14:38
Azərbaycanda qulaqdibi xəstəliyi yayılıb? - RƏSMİ AÇIQLAMA
09 Iyul 2026 13:18
İnfarkt və insulta səbəb olan əsas yeməklər
09 Iyul 2026 09:05
Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
08 Iyul 2026 14:51
PSİXOLOQ: “Ən təhlükəli məqam zorakılığın alqışlanmasıdır”
07 Iyul 2026 18:21


Bakı -°C

