Nazirlikdən daha bir hava xəbərdarlığı: Diqqətli olun!
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.
Bu barədə Adalet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır:
“Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”.
Nazirlik sözçüsü bildirib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır:
“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik”.
İ. İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar sinoptiklər tərəfindən ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.
Digər Xəbərlər
15 Sentyabr 2026 08:11
Böyük Qayıdış: Qarabağın üç yaşayış məntəqəsi bu gün doğma sakinlərini qarşılayır
15 Sentyabr 2026 00:00
Azərbaycanda Bilik Günüdür
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31


Bakı -°C

