Nazirlikdən aktyorların qonorarlarının ödənilməsi ilə bağlı MÜNASİBƏT
Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin ingilis dilində nümayiş edilməsindən sonra sözügedən tamaşada rol alan aktyor və aktrisa heyətinin qonorar almaması məsələsi gündəmdədir.
Adalet.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı iş gedir.
Qeyd olunub ki, bu ilin mart ayından Mədəniyyət Nazirliyinin dəstəyi ilə müxtəlif teatrlardan seçilmiş 10-12 nəfər gənc aktyorlarla ingilis dili kurslarına başlanılıb: “Kursun bütün xərcləri nazirlik tərəfindən ödənilib. Bu, adi ingilis dili kurslarından fərqlənirdi, çünki burada metodika fərqli idi, aktyorlar dili pyes üzərində məşqlərlə öyrənirdilər. Biz bir neçə variantlar arasında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri üzərində dayandıq. Məqsədimiz gənclərə xarici dil öyrətməklə yanaşı, həm də öz dilini sevməyi, öz dinin dəyərini anlamağı aşılamaqdır. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova həm də bu yeni variantın müəllifidir. Aktyorlara Mədəniyyət Nazirliyi tərəfindən qonorarların ödənilməsi məsələsinə gəldikdə isə bununla bağlı işlər aparılır. Həmçinin digər teatrlardan cəlb olunan aktyorlarla Azərbaycan Dövlət Akademik Musiqili Teatr tərəfindən müqavilə bağlanılıb, onlar hər dəfə tamaşa oynadıqca qonorar alırlar”.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

