Nazirlik rəsmisi: Bölgələrdə əlavə tibbi kolleclərin açılması üçün təhlillər aparılacaq
Yaxın vaxtlarda bölgələrdə tibb sahəsi üzrə əlavə kolleclərin açılması üçün təhlillər aparılacaq.
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib.
T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda tibbi kolleclərin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa və mümkün olsa, kolleclər açıla bilər.
O, eyni zamanda, xatırladıb ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var. Onlardan ikisi Bakıdadır.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

