Nazirlik iki körpənin ölüm səbəbini açıqladı
Səhiyyə Nazirliyi Sabirabad rayon Mərkəzi Xəstəxanasında yeni doğulan iki körpənin ölüm səbəbini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Sabirabadın Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya ölü döl ilə gətirilib.
Nazirlik rəsmisi qeyd edib ki, Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı isə xəstəxanaya gətirilən zaman uşağa göbək ciyəsinin 2-3 dəfə dolandığı məlum olub.
"Həkimlərin səylərinə baxmayaraq, körpə 5-6 dəqiqdən sonra tələf olub”.
S.Əhmədova qeyd edib ki, körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb: "Məsələ Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. Körpələrin hansı səbəbdən öldüyü barədə ətraflı məlumat veriləcək”.(azvision.az)
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19