Nazirlik bu otellərə ulduz verdi - SİYAHI
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilmişdir.
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Nazirlikdən Adalet.az-a bildirilib ki, cari ilin avqust ayı ərzində Bakı şəhəri və respublika ərazisində yerləşən aşağıda adları qeyd olunan 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:
"CHINAR Hotel & Spa Naftalan” mehmanxanası – (5 ulduz);
"El Resort” mehmanxanası – ( 5 ulduz)
"Ayan Palace” mehmanxanası - (5 ulduz);
"Kür Hotel” mehmanxanası – (4 ulduz);
"Ober-Lux” mehmanxanası – (4 ulduz);
"Elfaro” mehmanxanası – (4 ulduz).
"Atlant” mehmanxanası – (4 ulduz);
"AF Hotel” mehmanxanası – (4 ulduz);
"Afra Hotel” mehmanxanası – (4 ulduz);
"Opera Hotel” mehmanxanası – (4 ulduz);
"Lotos” mehmanxanası – (3 ulduz)
Qeyd edirik ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatıb.
Digər Xəbərlər
03 May 2024 16:01
“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57