Nazirlik balıqçını polisə verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəmkir su anbarının sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik saplı torla balıq ovlayan şəxs saxlanılıb.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon Xuluf kənd sakini Tural Rzazadə olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 429 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.
Digər Xəbərlər
06 May 2024 13:16
Ötən ay metrodan 20 milyondan çox sərnişin istifadə edib
06 May 2024 13:13ABŞ səfiri Şuşada - FOTO
06 May 2024 13:00"Şounun iştirakçısı" olma, şoumenlər ölkəsinin vətəndaşı qal, bu yetər!
06 May 2024 12:30Şahin Bağırov onu özünə müşavir təyin etdi - FOTO
06 May 2024 11:50