Nazirlik Bakı Metropolitenini məhkəməyə verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində "Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
ETSN-dən Adalet.az-a verilən xəbərə görə, reyd zamanı "Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.
Araşdırma zamanı avtomobillərin "Bakımetropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
01 May 2024 17:20
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56