Nazirlər Kabineti sabah istefaya göndəriləcək
Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev aprelin 18-də and içəcək.
Adalet.az-ın xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verəcək.
"Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq".
Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.
Digər Xəbərlər
28 Aprel 2024 11:04
Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06