Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşdü
Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
General-mayor Ansaqan Baltabekov səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.
Digər Xəbərlər
21 Sentyabr 2026 12:38
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:19
"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
21 Sentyabr 2026 12:17
"Tramp Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan L.Qrem qanun təsdiq etdi"
21 Sentyabr 2026 11:25
"Nə TƏBİB-dən, nə də icbari tibbi sığortadan müsbət cavab ala bilmirik" - Deputat
21 Sentyabr 2026 11:04
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır" - Səyyad Aran
21 Sentyabr 2026 10:49


Bakı -°C

