Nazir: Turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur
Hər il Azərbaycana gələn turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur.
Bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, Formula 1 üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları, o cümlədən kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyəti var.
A.Rəhimov son illərdə Azərbaycanın çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən, 60 beynəlxalq yarış keçirilib.
Nazir əlavə edib ki, Azərbaycan bu il də bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00